194 ölkəni təmsil edən nümayəndələr Cənubi Afrikada keçirilən BMT iqlim konfransında iştirak edirlər. Dövlətlər iqlim dəyişikliyinin tempini yavaşıtmaq üçün öhdəliklər üzərində danışıqlar aparırlar.
Bazar günü əldə edilmiş razılığıa əsasən səınaye qüdrətləri 1997-ci ildə əldə olunmuş və möhıləti 2012-ci ildə bitəcək Kyoto Protokolunun müddətini əlavə beş də uzatmağa razı olublar.
Protokol sənədi imzalamış dövlətlər üçün istixana qazlarının azaldılması ilə bağlı hədəflər müəyyənləşdirir. Amma Rusiya, Yaponiya və Kanada Kyotonun uzadılmasında iştirak etməyəcəklərini bildiriblər.
Bu razılıq Durbanda keçirilən iki həfətlik konfrans bitdikdən iki gün sonra əldə olunub.
ABŞ yalnız bütün başqa sənaye qüdrətləri razılığa imza atıdları təqdirdə öz üzərinə öhdəlik götürəcəyini bəyan edib.