Cümə günü Antonio Quterreş Baş Assambleya tərəfindən təsdiqləndikdən sonra ikinci dəfə 5 illik müddətə vəzifəsinə başlamaq üçün BMT-nin Baş katibi kimi and içib.
"Tarixin belə bir mühüm məqamında mənim üzərinimə qoyduğunuz çox böyük məsuliyyəti, yeni bir dövrün başlanğıcıdır deməyə cəsarət edərək dərk edirəm" - deyə, Quterreş an içdikdən sonra assambleyanın iclasında bildirib. "Həqiqətən bir yol ayrıcındayıq və qarşımızda böyük bir seçim var", o əlavə edib.
Quterreş həmçinin bütün üzv dövlətlərə bərabər şəkildə xidmət edəcəyini, ölkələr və xalqlar arasında etimad yaratmağa çalışacağını vəd edib.
BMT-nin Təhlükəsizlik Şurası iyunun 8-də ona ikinci dönəm vəzifəyə başlaması üçün xeyir-dua verib.
"Təhlükəsizlik Şurasının üzvləri cənab Antonio Quterreşə qeyd-şərtsiz dəstəyini ifadə etdi" - deyə, Estoniya səfiri Sven Jurgenson bildirib. "Şuranın fikrincə, Antonio Quterreş səmərəlilik, səriştə və dürüstlük, eləcə də Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsiplərinə möhkəm bağlılıq kimi ən yüksək standartlarına cavab verir", o əlavə edib.
15 üzvlük şura tərəfindən təsdiqlənmə çox vacibdir. Çünki beş daimi üzvdən (Britaniya Çin, Fransa, Rusiya və ABŞ) istənilən biri veto ilə namizədliyə maneə törədə bilər. Bu, 1996-cı ildə ABŞ-ın Butros Butros-Ghalinin namizədliyinə mane törətdiyi vaxt baş vermişdi.
"BMT qlobal pandemiya, iqlim böhranının təsirləri, kütləvi aclıq, miqrasiya, insan haqları pozuntuları və humanitar böhranlar da daxil olmaqla tarixi problemlərlə qarşı-qarşıyadır" - deyə, ABŞ səfiri Linda Thomas-Qrinfild Quterreşin yenidən seçilməsi ilə bağlı çıxışında bildirib. "Baş katib Quterreş bu problemləri həll etmək üçün kollektiv fəaliyyətimizin inkişaf etdirilməsi və BMT-nin missiyasına sadiq olduğunu nümayiş etdirib", o qeyd edib.
72 yaşlı Baş Katibin namizədliyi rəqiblərin olmadığı şəraitdə təsdiqlədib. Onun namizədliyi vətəni Portuqaliya tərəfindən dəstəklənib. Eləcə də onun and içmə mərasimində Portuqaliya Prezident Marcelo Rebelo de Sousa da iştirak edib. Portuqaliyanın keçmiş Baş naziri olan Quttereş Donald Trampın hakimiyyətə gəlişindən üç həftə əvvəl 2017-ci ildə BMT-yə rəhbərlik etməyə başlamışdı.