BMT-nin baş katibi iyulun 22 -də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək, tərəflərə mövcud durumla bağlı narahatlığını bildirib.
Antonio Quterreş Ermənistan-Azərbaycan beynəlxalq sərhədindəki hərbi əməliyyatlar və artmaqda olan gərginliklərin dayandırılması ilə bağlı narahatlığını ifadə edib. BMT-nin baş katibi gərginliyin dərhal azaldılması, provokativ ritorikalara son qoyulması və müzakirələrin bərpasına dair çağırışını bir daha təkrar edib.
Baş katib ATƏT-in Minsk qrupunun həmsədlərinin mühüm səylərinə tam dəstək verildiyini və hər iki liderin uzunmüddətli Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işlərini davam etdirəcəyini gözlədiyini bir daha bəyan edib.