Accessibility links

BMT missiyası ölkədə insan hüquqlarının vəziyyətini təhqiq etmək üçün Yəmənə səfər edir


BMT missiyası ölkədə insan hüquqlarının vəziyyətini təhqiq etmək üçün Yəmənə səfər edir
BMT missiyası ölkədə insan hüquqlarının vəziyyətini təhqiq etmək üçün Yəmənə səfər edir

Yəmən bir neçə aydır hökumət əleyhinə gedən etiraz nümayişlərindən sonra ölkədə insan hüquqlarının vəziyyətini təhqiq etmək üçün bu gün bölgəyə gələn BMT missiyasını salamladığını bildirir. Dövlət xəbər agentliyinin bildirdyinə görə, Yəmənin İnsan Haqları Nazirliyi hökumət rəsmiləri və digər siyasətçilərlə görüşlər keçirəcək, fakt-araşdırıcı missiyaya yardım edəcək.

Keçən həftənin cümə günü BMT 3 nəfərdən ibarət missiya üzvlərinin Yəməndə 10 gün qalaraq, insan haqları fəalları və zorakılıqlara məruz qalan insanlarla görüşəcəyini, eləcə də xəstəxanalara gedəcəyini bildirmişdi.

XS
SM
MD
LG