Accessibility links

BMT İranı məhkum edib, Türkiyə və Azərbaycan səsverməyə qatılmayıb


BMT-nin Baş Assambleyasının üçüncü komitəsi noyabrın 19-da İranda insan haqlarının pozulması ilə bağlı Kanada tərəfindən təklif edilmiş qətnaməni qəbul edib.

Qətnamədə Həsən Ruhaninin prezident seçilməsindən sonra apardığı bəzi islahatlar müsbət dəyərləndirilsə də, İranda insan haqlarının pozulması hallarının hələ də davam etdiyi vurğulanıb.

Kanada mediasına istinadən, sənəddə İranda qeyri-insani cəzalandırma növləri, o cümlədən şallaq vurma, amputasiya, habelə təhlükəli bir vəziyyətə gəlib çatmış ölüm cəzalarını məhkum etməklə yanaşı, internet istifadəçiləri və hüquq müdafiəçilərinə qarşı zülm və təzyiqlər qınanılıb.

Kanadanın BMT yanında daimi nümayəndəsi Guillermo Rişçinski edam statistikasının artması, müxalif liderlər və fəalların həbsi, eləcə də dini və etnik azlıqlara qarşı ayrı-seçkiliyin davam etməsini İranda insan haqlarının pozulması hallarının göstəricisi olaraq qeyd edib.

İrana dair qətnamə 83 lehinə, 36 əleyhinə və 62 bitərəf səslə qəbul edilib. İranın qonşuları və bölgə ölkələri arasında İrana qarşı səs verən yeganə ölkə İsrail olub. Əfqanıstan, Pakistan, Rusiya, Belarus, Ermənistan, Qətər, Küveyt və Suriya İranın xeyrinə, İraq və Səudiyyə Ərəbistanı isə bitərəf səs verib. Türkiyə, Azərbaycan Respublikası və Gürcüstan səsvermədə iştirak etməyib.
XS
SM
MD
LG