Accessibility links

BMT İranın yeni sentrifuqalar quraşdırdığını təsdiqləyib


BMT-nin nüvə izləmə agentliyi bazar ertəsi müfəttişlərinin İranın uranın zənginlşdirilməsi üçün istifadə edilə bilən daha təkmilləşdirilmiş sentrifuqalar quraşdırdığını təsdiqlədiyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin yaydığı məlumatda aşkar edilən avadanlıqlar sırasında sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdıran bir qrup dünya dövləti ilə əldə etdiyi 2015-ci il nüvə sazişinə əsasən qadağan edilmiş bir neçə növ sentrifuqanın olduğu bildirilir.

Bundan öncə, İran saxlamağa icazə verilən zənginləşdirilmiş uranın miqdarını və zənginləşdirə biləcəyi həddi pozmağa qərar verib.


Təsdiq İran rəsmilərinin yeni sentrifuqaların quraşdırdığını elan etməsindən bir neçə gün sonraya təsadüf edib. Bu, İranın nüvə sazişindən çıxdıqdan sonra atdığı son addımlardandır.

İran razılıqda uranın zənginləşdirmə səviyyəsinə tətbiq olunan limiti keçib və bildirib ki, əgər Avropa İranın ABŞ sanksiyalarından yan keçərək xam neftini satmasına şərait yarada bilsə, Tehran razılığın şərtlərinə yenidən əməl edər.

Bundan öncə, İran saxlamağa icazə verilən zənginləşdirilmiş uranın miqdarını və zənginləşdirə biləcəyi həddi pozmağa qərar verib.


ABŞ ötən il 2015-ci ildə imzalanmış razılaşmadan imtina etdikdən sonra İrana qarşı sanksiyalar tətbiq edib.

Prezident Donald Tramp yeni danışıqlar aparmaq istədiyini söylədi, lakin o bildirib ki, o razılaşmanın İranın ballistik raket proqramı ilə bağlı məhdudiyyətləri və sələfi Barak Obamanın rəhbərliyi altında edilən ilkin razılaşmadan daha uzun müddətə olmasını istəyir.

Razılaşmada göstərilən məhdudiyyətlərə qarşı açıq addımlar atmasına baxmayaraq, İran nüvə obyektlərinin yoxlanmasına icazə vermək üçün BMT nüvə agentliyi ilə işləməyə davam edəcəyini söyləyir.

XS
SM
MD
LG