Accessibility links

BMT hesabatı: Əfqanıstanda ötən il üç mindən çox mülki vətəndaş həlak olub


BMT hesabatı: Əfqanıstanda ötən il üç mindən çox mülki vətəndaş həlak olub
BMT hesabatı: Əfqanıstanda ötən il üç mindən çox mülki vətəndaş həlak olub

BMT-nin açıqladığı hesabatda deyilir ki, ötən il ərzində Əfqanıstanda 3000 mülki vətəndaş həlak olub. Bu rəqəm ötən onilliyin ən pis göstəricisidir.

BMT-nin Əfqanıstandakı Yardım Missiyası bildirir ki, 2011-ci ildə 3021 mülki vətəndaş öldürülüb. Bu rəqəm ötən illə müqayisədə 8 faiz artım təşkil edir. Artıq beşinci ildir ki, mülki vətəndaşlar arasında itkilərin sayı artır.

Hesabata əsasən qiyamçılar itkilərin 77 faizinə görə məsuliyyət daşıyırlar. NATO və əfqan hökumət qüvvələri 410 vətəndaşın ölümünə bais olublar. Bu rəqəm ötən illə müqayisədə 4 faiz azdır. 279 vətəndaşın ölümünə görə isə nə qiyamçılar, nə də hökumət qüvvələri məsuliyyət daşıyır.

Hesabatda deyilir ki, bombalar, o cümlədən yolkənarı minalar ən çox insan ölümünə bais olan amildir. Ölənlərin üçdə biri məhz bu partlayışların qurbanı olub. İntiharçı hücumlarından ölənlərin sayı 80 faiz artaraq 450-yə yüksəlib.

BMT-nin xüsusi elçisi Yan Kubis deyib ki, “əfqan uşaqlar, qadınlar və kişilər bu müharibədə artan sayda həlak olmaqda davam edirlər.”

XS
SM
MD
LG