BMT-nin baş katibi Suriyanın Rəqqa şəhərində qalan insanlarla bağlı xəbərdarlıq verib. Antonio Quterres ABŞ-ın dəstəyi ilə Rəqqanın İŞİD-dən təmizlənmə əməliyyatından öncə əlcatmaz bölgələrdə ilişib qalanların ərzaq və dərmana ehtiyacı olduğunu deyib. O, vəziyyətdən ciddi narahatlığını ifadə edib.
“Mülki əhali öldürülür, yaralanır, didərgin düşür. Onlar sığınacaq tapa bilmir. Belə ki, məktəblər və xəstəxanaların hədəf alınması davam edir” - deyə baş katib bildirib.
ABŞ ordusu Rəqqa döyüşünə hazırlıq olaraq Suriyanın kürd döyüşçülərinə silah və maşınlar paylayıb. Bu xəbər Birləşmiş Ştatları NATO müttəfiqi Türkiyə ilə qarşı-qarşıya gətirib. Tükriyə Suriya Demokratik Qüvvələrinin kürd yarı-hərbi dəstəsinin qadağan olunmuş PKK ilə əlaqəsi olan terrorçu qrup olduğunu bildirir.
İslam Dövləti qrupunun snayperləri qaçmağa cəhd edən insanları qırır. Onlardan canlı qalxan kimi istifadə edilir.
Quterres bütün tərəfləri humanitar yardımlara imkan yaratmağa çağırıb.
“Münaqişə tərəflərinin həyati əhəmiyyəti olan yardımların çatdırılmasına yol verməsi olduqca mühümdür” - deyə BMT-nin baş katibi bildirib.
ABŞ-ın rəhbərlik etdiyi koalisya qüvvələri hazırda Rəqqanın 4 rayonuna nəzarət edir.
Koalisiya şəhərin İŞİD-dən təmizlənməsi missiyasına iki həftə əvvəl başlayıb. Bu şəhər 2014-cü ildə İŞİD-in əlinə keçib.