Accessibility links

BMT ekspertləri Hüseyn Abdullayevin sərbəst buraxılmasına çağırır


Hüseyn Abdullayev
Hüseyn Abdullayev

BMT-nin insan hüquqları üzrə ekspertləri aprelin 27-də Azərbaycan hökumətinin tənqidçisi olan və Almaniyada siyasi sığınacaq alan Hüseyn Abdullayevin dərhal azadlığa buraxılmasına çağırıb.

Bəyanatda bildirilir ki, Hüseyn Abdullayev 2018-ci ilin aprelin 21-də Türkiyədə həbs olunub və növbəti gün Azərbaycana ekstradisiya olunub. O, 2019-cu ilin oktyabrın 11-də Bakının Hərbi Məhkəməsi tərəfindən altı il həbs cəzası alıb.

2020-ci ilin avqust ayında İxtiyari Həbslər üzrə İşçi Qrup 48/200 nömrəli qərarında Hüseyn Abdullayevin qanuni təminatlarının və ədalətli mühakimə hüququnun təmin olunmadığına dair nəticəyə gəlib. Buna cənab Abdullayevin mülki vətəndaş olmasına baxmayaraq hərbi məhkəmə təfərindən mühakimə olunması daxildir. İşçi Qrup həmçinin belə bir nəticəyə gəlib ki, beynəlxalq müdafiə hüququna malik olan Hüseyn Abdullayevin Türkiyə tərəfindən Azərbaycana ekstradisiya olunması geri göndərilmə qadağasının pozulmasıdır.

“Bizə cənab Abdullayevin fiziki və əqli sağlamlığının pisləşdiyinə, o cümlədən qan təzyiqinin yüksəldiyinə dair məlumatlar daxil olub. Bundan əlavə, onda kəskin nevroz yaşanır,” ekspertlər qeyd edib. Onlar həmçinin Hüseyn Abdullayevin həbsinə etiraz etmək məqsədilə aclıq aksiyasına başladığını da bildirib.

İşçi Qrupu Azərbaycan hökumətini Hüseyn Abdullayevi dərhal sərbəst buraxmağa, habelə Türkiyə və Azərbaycan hökumətlərini ona kompensiyasiya və başqa təzminatlar ödəməyə çağırıb.

XS
SM
MD
LG