Accessibility links

BMT Beyrutda partlayışdan sağ çıxanlar üçün böyük yardım əməliyyatı hazırlayır


BMT-nin yardım agentlikləri Livanın paytaxtı Beyrutda baş verən partlayışdan sağ çıxan on minlərlə insana kömək məqsədilə böyük bir yardım əməliyyatı hazırlayır.

Son məlumatlara görə, ölənlərin sayı 150-yə çatıb, yaralananların sayı isə 5000-dən çoxdur.

BMT-nin təcili yardım fondundan milyonlarla dollar ayrılıb. Təşkilat dağıntılar altından sağ qalanların axtarılması və çıxarılması üçün Beyruta axtarış və xilasetmə dəstələri göndərib. Bundan əlavə ehtiyacların qiymətləndirilməsi və tədbirlərinin əlaqələndirilməsi üçün yardım agentlikləri tərəfindən heyət göndərilib.

Ümumdünya Səhiyyə Təşkilatı 2000-dən çox travma və cərrahi əməliyyat üçün dəstlər, həmçinin dərman və tibbi avadanlıq göndərib. ÜST partlayış zamanı üç xəstəxana dağıldığı, digəri ikisinə isə qismən xəsarət dəydiyi üçün yaralananların və xəstələrin müalicəsinin çətin olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindmayer bir çox xəstənin müalicə üçün Beyrut ətrafındakı tibb müəssisələrə köçürüldüyünü deyib. O, travma alan insanların sosial və zehni baxımdan sağlamlığı üçün dəstəyə kritik şəkildə ehtiyac olduğunu deyib, ancaq COVID-19 pandemiyasının narahatlığa səbəb olduğunu əlavə edib.

"Partlayış nəticəsində Ümumdünya Səhiyyə Təşkilatının əsas tibbi ləvazimatlarının 17 konteyneri məhv olub, qoruyucu vasitələr tamamilə yanıb. COVID-19 xəstələrini müalicə edən tibb işçilərinkin şəxsi qoruyucu vasitələri yoxdur. Livanda partlayışdan əvvəl COVID-19 hallarının sayı artdığı üçün yaralıları qəbul edən xəstəxanalar artıq doludur və təcili olaraq tibbi avadanlığa ehtiyac duyulur" - deyə, Lindmayer bildirib.

Cons Hopkins Universiteti Livanda koronavirusa 5 672 yoluxma, 70 ölüm halının qeydə alındığını bildirib.

XS
SM
MD
LG