Accessibility links

BMT qaçqınlarla bağlı hesabat yayıb


BMT qaçqınlar agentliyinin son hesabatında deyilir ki, bu il 137 min mühacir Aralıq dənizi vasitəsilə Avropaya keçib. Bu rəqəm keçən illə müqayisədə 83 faiz artıb.

Hesabatda qaçqınların yaxşı həyat sorağı və iqtisadi səbəblərdən Avropaya keçmək üçün təhlükəli səyahətə çıxdıqları deyilir.

Bildirilir ki, Yunanıstan və İtaliyaya bu il gələnlərin üçdə biri Suriyadan olan mühacirlərdir. Onlardan 12 faizi Əfqanistandakı zorakılıqlar və digər 12 faizi isə Eritreadan təqiblərdən qaçanlardır.

BMT rəsmiləri deyir ki, 1867 insan bu kimi səyahətlər zamanı həlak olub.

Avropa liderləri artan mühacir sayına qarşı ölçülər götürməkdə çətinlik çəkir.

Mühacir axınının qarşıdan gələn aylarda artacağı gözlənilir. İnsan qaçaqmalçılığı ilə məşğul olanlar hava şəraitinin isti keçməsindən yararlanmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG