Accessibility links

BMT-nin Baş Assambleyasının toplantısı işinə başlayıb


BMT-nin Baş Assambleyasının yığıncağı İraq, Suriya və Yaxın Şərqin digər bölgələrində islam ekstremizminin artması üzərində mərkəzləşib.

Qurumun illik tədbirində 140 ölkə nümayəndəsi iştirak edir.

ABŞ prezidenti dünya liderlərini İŞİD-in məhvi səylərində birliyə çağırıb. Barak Obama deyib ki, İraq və Suriyada dinc əhalini hədəf alan qrup başkəsmələrlə yanaşı, uşaqları qırır, cəsədləri kütləvi məzarlara atır, azlıqları aclığa məhkum edir.

ABŞ dövlət başçısı beynəlxalq ictimaiyyət, xüsusilə də müsəlman icmalara üz tutaraq, İslam Dövlətinin ideologiyasını rədd etməyə çağırıb. Obama deyib ki, “zorakı ekstremizin xərçəngi” məhv edilməlidir.

ABŞ prezidenti Ukrayna böhranından danışarkən Rusiyanın təcavüzkarlığını pisləyib.

BMT-nin baş katibi Ban Gi Mun ekstremist qruplaşmaların beynəlxalq ictimaiyyətə təmiz hədə olduğunu bildirib. O deyib ki, insan haqları bomba hücumları, baş kəsilmələri və mülki əhalinin qəsdən aclığa məhkum edilməsi ilə hücumlar altındadır.

BMT-nin baş katibi Suriya və İraqda İŞİD kimi esktremist qruplara təcili cavab verilməli olduğunu vurğulayıb. Ban Gi Mun qrupun yol verdiyi cinayətlərin dayandırılması üçün kəskin ölçülərə ehtiyac olduğunu bildirib.

Ötən həftə BMT-nin baş katibi Ban Gi Mun ekstremist qruplaşmalar üçün münbit şəraitə çevrilən İraq və Suriyadakı zorakılıqların beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu deyib.

ABŞ prezidenti Barak Obama dünən deyib ki, Birləşmiş Ştatlar və onun koalisiya tərəfdaşları Suriyada İslamçı militantlara qarşı hava zərbələri endirməyə başlayıblar.

BMT yığıncağında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən öncə Ağ Evdə bəyanat verən Obama əl-Qaida təşkilatının təcrübəli nümayəndələrinin toplaşdığı Xorasan Qrupunun üzvlərinin hədəf alındığını bildirib.

Toplantıda Qərbi Afrikanı sarsıdan Ebola vurusunun yayılması da gündəmdə olacaq.

XS
SM
MD
LG