Accessibility links

Bloq: Tomas Ceffersonun avtobioqrafiyasından parçalar


“77 yaşında özümlə bağlı bəzi xatirələri və faktları bölüşməyə başlayıram. Eşitdiyimə görə atamın ailəsi Amerikaya Uelsdən, Britaniyanın ən yüksək dağı olan Snoudon dağı ətəyindəki kənddən gəlib. 1707-ci ildə doğulmuş atam 1739-da 19 yaşlı Ceyn Randolfla evləndi. Anamın əcdadları İngiltərə və Şotlandiyadan gəliblər…

Mən 5 yaşında ingilis məktəbinə getməyə başladım. Bir az latınca, bir az qədim yunanca və bir qədər fransızca öyrəndikdən sonra məktəbi bitirdim. Sonra Vilyam və Meri Kollecinə getdim. Burada mənə şotlandiyalı Dr. Vilyam Smol mentorluq etməyə başladı. İxtisasca o, riyaziyyat müəllimi idi, lakin başqa elmlər, ələlxsüsus fəlsəfə haqda çox bilirdi. 1762-ci ildə Avropaya geri dönən professor Smol məni öz dostu G. Wythe-a tapşırdı. Bu iki adamın sayəsində mən tezliklə Virciniyanın ən layiqli qubernatoru olmuş Fauquierlə tanış, sonradan bərk dost oldum…

Burada olduğum müddətdə müşahidə etdim ki, əksər həmkarlarım kor-koranə şəkildə krala loyal olmağı qəbul edir və bunun fəsadları haqda düşünmürdülər. 1765-ci ildə Marka Aktına qarşı qətnamə qəbul ediləndə mən Vilyamsburqda hüquq məktəbində oxuyurdum.

1769-cu ildə yaşadığm qraflığın seçimi ilə yerli Virciniya qanunvericiliyinə seçildim və inqilabadək burada fəalyyətimi davam etdirdim. Burada olduğum müddətdə müşahidə etdim ki, əksər həmkarlarım kor-koranə şəkildə krala loyal olmağı qəbul edir və bunun fəsadları haqda düşünmürdülər. 1765-ci ildə Marka Aktına qarşı qətnamə qəbul ediləndə mən Vilyamsburqda hüquq məktəbində oxuyurdum. Burada ikən vətənpərvər Patrik Henrinin alovlu nitqləri məni ilhamlandırdı. 1769-cu ildə qubernator Virciniya parlamentinin buraxdıqdan sonra biz yerli çayxanada toplaşıb öz məşvərətçi qurumumuzu yaratdıq və Britaniyadan gələn malları baykot etmək qərarı verdik…

Bizim müstəqillik elan etməyimiz Avropada olan gözləntilərə münasibdir. Ola bilər ki, Fransa və İspaniya bizim qalxan qüdrət olmağımızdan qısqanclıq keçirsinlər, amma hər halda Britaniyanın tərkib hissəsi olmağımız onlar üçün daha pis olardı. Yox, əgər onlar situasiyanı belə görməsələr də eybi yoxdur. Bütün hallarda, əgər biz nəyəsə cəhd etməsək onların bizə yardım edib-etməyəcəyini müəyyən edə bilməyəcəyik… İstiqlaliyyət Bəyannaməsini qəbul edərkən Afrikadakı insanları qul etməyi qadağan etməyə cəhd edildi. Amma Cənubi Karolina və Corciyadan olan nümayəndələr bunun əleyhinə çıxdılar. Belə görünürdü ki, sayca az qul saxlayan şimal qardaşlarımızdan bu sonluqdan çox da narazı qalmadılar…

"Yalnız yalanın hökumət dəstəyinə ehtiyacı olur. Həqiqət ayaq üstə özü sərbəst dayanır." Thomas Jefferson
"Yalnız yalanın hökumət dəstəyinə ehtiyacı olur. Həqiqət ayaq üstə özü sərbəst dayanır." Thomas Jefferson

İnsanları heç zaman məntiq, ədalət və bərabərlik hissi idarə etməyib. Bunu edən yeganə şey marağdır və marağdan başqa heç nəyə hesab aparmaq olmaz…

Din azadlıqlarını müzakirə edərkən Hüquqlar Bəyannaməsinə insan iradəsini zorlamaqdan çəkindirən dinimizin müqəddəs müəllifi kimi İsa Məsihin adını əlavə etmək təklif olundu. Amma çoxluq bu prinsipin yəhudilər, xristianlar, müsəlmanlar və hindulara da şamil olunduğunu əsas gətirərək onu rədd etdi…

Cinayət qanununa gəlikdə hamı razılaşdı ki, ölüm hökmü, vətənə xəyanət və qətl halları istisna olmaqla ləğv olunmalıdır. Bu qanun ingilis məcəlləsindən qaynaqlanır ki, bu, da öz növbəsində “gözə göz, dişə diş” qədim ibrani prinsipinə əsaslanır. Lakin müasir təfəkkürdə bu cür yanaşmaya yer yoxdur…

Əgər mənə qəzetsiz hökumətlə, hökumətsiz qəzet arasında seçim verilsəydi, heç şübhəsiz ikincisini seçərdim.

Quldarlıq mövzusunda qanun layihəsi mövcud qanunlara hörmət edilməsini təsbit edirdi. Burada qulların azad edilməsi üçün gələcək plan yox idi. Belə qərara gəlindi ki, sonradan bu qanuna düzəliş etmək olar. Belə ki, ictimai fikir belə bir dəyişikliyə hələ ki, hazır deyil. Amma inanıram ki, bu məsələdə dəyişikliyin baş verəcəyi gün uzaqda deyil, yoxsa bunun axırı yaxşı olmayacaq…

Hökuməti effektiv edən hakimiyyətin bir əldə cəmləşməsi yox, onun bölüşdürüşlməsidir. Əgər bu ölkə ştatlara bölünməsəydi də belə bir bölgünü aparmaq lazım olardı ki, hər kəs yaşadığı yerdə öz işlərinin qayğısına qalsın. Belə ki, yerli adamlar özlərini uzaq məsafədə oturmuş adamlardan daha yaxşı idarə edə bilirlər. Buna görə də hər ştat qraflıqlara, qraflıqlar da qəsəbəliklərə bölünür ki, burada bələdiyyə hökumətləri yerli idarəçiliyi icra edirlər. Əgər nəyi necə və nə vaxt əkmək üçün biz Vaşinqtondan göstəriş gözləməli olsaydıq onda amerikalılar ac qalardı.”


Tomas Cefferson İstiqlaliyyət Bəyannaməsinin əsas müəllifi və ABŞ-ın üçüncü prezidentidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG