Accessibility links

Bloq: Danışdığımız dil


babies
babies
“Əksər linqvistlər razılaşırlar ki, danışdığınız dillər sizin dünyagörüşünüzü formalaşdırmaqda ciddi rol oynayır. Əgər siz almanca danışırsızsa, onda praqmatik olursuz. Fransızca danışan adam azacıq emosional olur,” Mike Floorwalker yazır. Əslində burada qeyri-adi heç nə yoxdur. İnsan dünyanı danışdığı dil vasitəsilə qavrayır. Əgər dildə həmin ifadə yoxdursa, onda anlayış da yoxdur. Əlbəttə bu, o demək deyil ki, hər dilin gətirdiyi bir dünyagörüşü, ya mentalitet var ki, onu dəyişmək praktiki cəhətdən qeyri-mümkündür. Amma Floorwalkerin təhlil etdiyi beş amil göstərir ki, insanları bir-birilərindən ayıran təkcə onların işlətdikləri sözlərin fərqliliyi yox, həm də bir dilin özü ilə gətirdiyi həyata baxışdır ki, onu sadəcə tərcümə etmək o qədər də asan deyil.

O ölkələrdə ki, dominant dil isimləri cinslərə bölür, orada qadınların əmək bazarında iştirakı qonşu ölkələrlə müqayisədə 12 faiz az olur.
İngilis dilindən fərqli olaraq, alman və fransız dillərində isimlərin cinsi olur. Məsələn alman dilində it erkək cinsli, pişik isə qadın cinsli sözdür. Əslində bu ifadələrin kateqoriyalaşdırılmasının elmi əsası yoxdur. Amma sözlərin hansı cinsə şamil edilməsi həmin mədəniyyət haqda çox şey deyir. Floorwalker yazır ki, o ölkələrdə ki, dominant dil isimləri cinslərə bölür, orada qadınların əmək bazarında iştirakı qonşu ölkələrlə müqayisədə 12 faiz az olur. O biri tərəfdən sözləri genderə bölməyən cəmiyyətlərdə qadınların işçi qüvvəsindəki sayı hətta 3 faiz artıq olur.

Alimlər aşkar ediblər ki, xarici dildə danışa bilən adamlar daha rasional qərar vermək imkanına malik olurlar. Çikaqo Universitetinin tədqiqatçıları aşkar ediblər ki, adam bir problem haqda xarici dildə düşünməyə başlayanda adətən daha düzgün qərar qəbul edir. Yapon dilini bilən ingilisdilli amerikalılar üzərində təcrübə aparan psixoloqlar onları etik dilemma ilə qarşı-qarşıya qoyublar: Deyək ki, 600,000 insanı məhv edəcək xəstəlik var. Əgər sizə 200,000 adamı həyatını xilas edəcək dərman yaratmaqla hamını xilas edəcək, amma yalnız üçdə bir işləmə şansı olacaq dərman yaratmaq seçimi verilsəydi, hansını seçərdiniz? Bu suala əksəriyyət daha az riskli birinci cavabı seçmişdi. Sualın ikinci qoyuluşunda iştirakçılara eyni şanslarla insanların üçdə ikisini öldürməyə təminat verən dərmanla hamının həyatını xilas edə biləcək amma üçdə bir işləmə şansı olan dərman arasında seçim verilmişdi. İnsanlar bu dəfə ikincini seçmişdilər. Eyni sual – fərqli qoyuluş – fərqli cavablar. Sualın üçüncü qoyuluşunda tədqiqatçılar təcrübə iştirakçılarından sualın cavabını yaponca düşünməyi xahiş etmişdilər. Artıq bu dəfə hamı düzgün cavabı seçmişdi.

Fransız uşaqlar daha çox kəsik, hıçqırtılı tonla, alman körpələr isə sərt, hürüşə bənzər səslə ağlayırdılar.

2009-cu ildə 60 fransız və alman körpəsi üzərində aparılan araşdırma maraqlı tapıntılar meydana çıxardı. Bu körpələr fərqli intonasiyalarda ağlayırdılar. Fransız uşaqlar daha çox kəsik, hıçqırtılı tonla, alman körpələr isə sərt, hürüşə bənzər səslə ağlayırdılar. İzah budur ki, hər bir dilin öz unikal intonasiyaları var ki, bunlar ana bətnində inkişafa qədəm qoyur. Bu intonasiyalar insanlara dilin emosional tonunu anlamağa kömək edir. “Məsələn, götürək sarkazmı,” Floorwalker yazır. Siz kinayəni dərhal hiss etməyi bacarırsınız. Niyə? Çünki uşaqlıqdan siz hansı tonun, hansı intonasiyanın hansı məqsədlə istifadə edildiyini qavramağa başlayıbsız. Amma ingilis və kanton dilli insanlar üzərində aparılan təcrübə göstərib ki, sarkzamın ifadələri oxşar olsa da onların tonu fərqlidir. Ona görə də bir dildə kinayə kimi səslənəcək fiklir başqa dildə normal danışıq tərzi hesab olunur.


Son araşdırmalar göstərir ki, insanın danışdığı dil onun mənsub olduğu etnik-mədəni məkanın sentimentlərini əks etdirir. İsraildə ivrit dilini bilən ərəblər arasında keçirilən araşdırmada maraqlı fenomen müşahidə olunub. Ərəblərə müxtəlif növ adlar göstərilib və onların pis, yaxud yaxşı kateqoriyasına şamil edilməsi xahiş olunub. Test ərəb dilində veriləndə iştirakçılar yəhudi adlarını mənfi adlar kimi kateqoriyalaşdırıblar. Ancaq həmin test ivrit dilində icra olunanda nəticələr kifayət qədər fərqli olub. İvrit dilində test götürən ərəb tələbələrin yəhudi adlarına reaksiyası o qədər də mənfi olmayıb. Başqa maraqlı təcrübədə “Mən ailəmlə razılaşmayanda” cümləsini tamamlamaq xahiş olunan yapon mənşəli amerikalılar eyni cümləni iki dildə iki fərqli fikirlə tamamlayıblar. Testi ingiliscə götürən yapon-amerikalılar Amerika mədəniyyətinin müstəqilliyini təşəbbüskarlığını əks etdirərərk “Nəyi necə lazım bilirəm, elə də edirəm!” deyə cümləni tamamlayıblar. Konformizmə və ailə harmoniyasına meylli olan yaponların ana dilində isə cümlə belə tamamlanıb: “Qanım qaralır.”

Zamansız dildə danışan adamlar demək olar ki, hər bir məsələdə zaman felləri ilə danışan adamlardan daha ağıllı qərar qəbul edirlər.

Dünyada elə dillər var ki, onlarda fellərin zamanı olmur və yaxud məcburi deyil. Məsələn, Çin dilində “Bob bazardan kartof alacaq” kəlməsi belə də yazıla bilər: “Bob bazar kartof almaq.” Adama elə gəlir ki, bu cür dildə danışan adamlar daim çaşqın, qeyri-müəyyən vəziyyətdə olmalıdırlar. Həqiqətdə isə zaman şəkilçisi nəinki çox fərq etmir, əslində insanın düşüncəsini daha da itiləşdirir. Belə məlum olur ki, zamansız dildə danışan adamlar demək olar ki, hər bir məsələdə zaman şəkilçiləri ilə danışan adamlardan daha ağıllı qərar qəbul edirlər. Yale Biznes Məktəbinin 76 ölkədə apardığı araşdırma sübut edib ki, maliyyə, sağlamlıq, siqaret çəkmək kimi məsələlərə gəldikdə, gələcək zaman şəkilçisi olmayan dillərdə danışan adamlar daha yaxşı düşüncə nümayiş etdirirlər. Məsələn, ingilis dillilər pula başqaları ilə müqayisədə 30 faiz az qənaət edirlər. Ola bilsin, insanların öz həyatlarına zamansız yanaşması onlarda məsuliyyət hissini daha güclü edir.

XS
SM
MD
LG