Bədən qoxusu insanın yaşını müəyyən edə bilər. Bunu alimlər son araşdırmalara əsasən bildirir. Tədqiqatlar yaşlıların daha pis iy verdiklərinə dair iddiaları aradan qaldırmış olur. Belə ki, orta yaşlı və daha gənc insanların bədən iyi daha xoşagəlməz olur.
Alimlər üç yaş qrupuna bölgüklləri insanların bədən iylərini müəyyən etməyə çalışıb. 20-30 yaşlar gənc qrupa, 45-55 orta yaşlı qrupa, 75-95 yaşlardakı insanlar isə yaşlılar qrupuna daxil edilib. Hər qrupda 12 ilə 16 arasında insan iştirak edib. Beş gecə qoltuqları altına yerləşdirilən xüsusi yastıqcıqlar daha sonra 4 parçaya bölünərək, şüşələrə yerləşdirilib.
41 nəfərdən ibarət qrupa iylərin müəyyən edilməsi həvalə edilib. Gənclərdən ibarət bu qrup yaşları müəyyən etməli olub. Məhz bu yolla ahılların bədənlərinin iyinin daha zəif olduğu aşkar edilib.