“Tez-tez biz Şərqi Asiya dövlətlərinə iqtisadi perspektivdən baxaraq Çin, Yaponiya, Tayvan, Vietnam və Cənubi Koreya kimi ölkələrin iqtisadi uğurlarına heyran oluruq. Amma bu millətlərin başqa, görünməyən tərəfi də var: millətçilik və etnik nifrət,”deyə siyasi təhlilçi Guy Sorman yazısına başlayır. Müəllifin sözlərinə görə son aylarda Asiyada baş qaldırmış ərazi mübahisələri uzun müddət arxa plana keçmiş dağıdıcı emosiyaları yenidən üzə çıxarıb. Yaponlarla koreyalılar arasında, çinlilərlə vyetnamlılar arasında və başqa Asiya millətləri arasında bəzən bom-boş adalar uğrunda mübahisələr ara vermir.
Nəzəriyyə bundan ibarətdir ki, ticarət millətlər arasında əsrlər boyu davam edən ədavəti soyudur və onları müharibədən çəkindirir. Məsələn Avropada biz bunun şahidi olmuşuq. Əslində, Asiya millətləri həqiqətən də bir-birləri ilə sıx əməkdaşlıq edirlər. Bir məhsulun komponentlərinin ayrı-ayrı Asiya ölkələrində yığılması təəccüb doğurmur. Amma indiyədək də Cənubi Koreya hökuməti Yaponiya ilə hərbi əməkdaşlıqdan imtina edir və buna əsas kimi iki ölkə arasında insan yaşamadığı adalar qrupu üzərindəki mübahisəni göstərir. Koreyalılar bu adalara Dokdo, yaponlar Takeşima deyirlər.
O biri tərəfdən də çinlilər yaponların Senkaku adlandırdığı adalara əl qoyurlar. Bir qədər cənubda, Spratli arxipelaqında isə münaqişə ehtimalı daha böyükdür. Burada iki deyil, bir neçə ölkə – Çin, Vyentam, Filippin, Tayvan və Malayziya hərəyə bir iddia ilə çıxış edir. Ola bilsin ki, Spratlidə təbii qaz yataqları yerləşir. Amma Guy Sormanın fikrincə qarşıdurmaya başlıca səbəb enerji resursları deyil, millətçi sentimentlərdir. Hələlik məsələlərin nəzarətdən çıxmasının qarşısını ABŞ-ın Sakit Okeandakı 7-ci donanması alır. Amerikalıların buradakı mövcudluğu hər kəsə xəbərdarlıqdır ki, status-kvonu zor gücünə dəyişmək olmaz.
Müəllif üçün ən maraqlısı odur ki, Sakit Okeanda cərəyan edən gərginliklər başqa konvensional deyimi – “demokratik ölkələr arasında hərbi konflikt ola bilməz” – deyimini səhv çıxarır. Demokratik Cənubi Koreya və demokratik Yaponiya xırda biznes və ticarət məsələlərində razılığa gələ bilmirlər. Ən pisi isə odur ki, Seulun hazırkı mövqeyi onu diktatorial Şimali Koreya və Çinlə daha yaxın mövqeyə qoyur, nəinki demokratik Yaponiya ilə. Belə görünür ki, qan yaddaşı və dil birliyi hazırkı siyasi reallıqları və iqtisadi maraqları da üstələyir.