Accessibility links

Bloq: Amerikalılar İranla müharibə ideyasına necə yanaşır?


"Biz öz mövqeyimizi Yunanıstan hökumətinə və bütün Aralıq Dənizi limanlarına aydın etmişik ki, 'Adrian Darya 1' tankerinə xidmət göstərməsinlər," deyə Amerika rəsmiləri Britaniya tərəfindən bir neçə həftə öncə saxlanılmış İran tankerinin azad olunmasına reaksiya verdilər.

Respublikaçılar arasında İrana qarşı hərbi ölçüyə əl atılmasına tərəfdar olanların sayı 25 %, iqtisadi-diplomatik vasitələr işləmədiyi halda bu seçimə üstrünlük verənlər isə 60 % təşkil edir.

Donald Tramp administrasiyası aydın edib ki, o, 1979-cu il İslam İnqilabı nəticəsində formalaşmış rejimi regionda sülhə və sabitliyə təhlükə kimi görür və bu dövlətin qlobal maliyyə resurslarından faydalanmasını terrora yönəlik qurumun varlanması kimi dəyərləndirir.

Hörmüz boğazında xarici neft tankerlərinin İran tərəfindən basqılara məruz qalması, və ABŞ-a məxsus dronun səmada vurulması gərginlikləri son illərin pik nöqtəsinə çatdırıbı və müharibə ehtimalını artırıb.

İran sürət qayıqlarından istifadə edərək Hörmüz boğazında xarici tankerləri hədəf alır.
İran sürət qayıqlarından istifadə edərək Hörmüz boğazında xarici tankerləri hədəf alır.

Bəs amerikalılar İranla hərbi münqaişə haqda nə düşünür? Onlar bu ideyaya necə münasibət bəsləyir?

Gallup təşkilatının iyul ayında keçirdiyi sorğu maraqlı mənzərə təqdim edir.

Belə görünür ki, amerikalıların mütləq əksəriyyəti İranla qarşıdurmanın həllində iqtisadi və diplomatik vasitələrin işə salınmasına üstünlük verir. Rəyi soruşulanların 78 faizi bu seçimi edib. Hazırda amerikalıların yalnız 18 %-i İrana qarşı hərbi ölçüyə əl atılmasına tərəfdardır.

Hərbi münaqişə baş verəcəyi təqdirdə ABŞ aviadaşıyıcılardan, yüksək sərrastlığa malik təyyarələrdən istifadə edəcək.
Hərbi münaqişə baş verəcəyi təqdirdə ABŞ aviadaşıyıcılardan, yüksək sərrastlığa malik təyyarələrdən istifadə edəcək.

Məhəmməd Yunisin yazdığına görə, əslində bu rəqəmlər 2007-ci ildə Corc W. Buş administasiyasını İrana qarşı iqtisadi sanksiyalar tətbiq etdiyi vaxt sərgilənən rəqəmləri əks etdirir. Həmin vaxt da amerikalıların yalnız 18 %-i müharibə ideyasını dəstəkləmişdi.

Eyni zamanda ABŞ vətəndaşları İranın nüvə proqramını qlobal sülhə ciddi təhlükə kimi görməkdə davam edir. Qeyi-hərbi vasitələr İranı nüvə proqramını inkişaf etdirməkdən çəkindirmədiyi təqdirdə İslam Respublikasına qarşı hərbi ölçüyə üstünlük verənlərin sayı iki dəfədən çox artaraq 42 %-ə yüksəlir.

Bu rəqəmi İrana qarşı birbaşa hərbi ölçüyə əl atmağı üstün tutan 18 faizlə bir araya gətirəndə təqribən 53 % qeyri-hərbi vasitələr müvəffəq olmadığı halda İranla hərbi münaqişəni qəbul edir.

ABŞ-ın İnqilabi Qvardiyanı terrorçu təşkilat elan etməsindən sonra etirazçılar ABŞ bayrağının maketini yandırır. Tehran, İran, 12 aprel, 2019.
ABŞ-ın İnqilabi Qvardiyanı terrorçu təşkilat elan etməsindən sonra etirazçılar ABŞ bayrağının maketini yandırır. Tehran, İran, 12 aprel, 2019.

Sorğularda nəzərə çarpan digər faktor respondentlər arasındakı siyasi partiya mənsubiyyətidir.

Bütün hallarda Respublikaçı mövqeyə yaxın vətəndaşlar İranla daha sərt davranmasına üstünlük verirlər. Respublikaçılar arasında İrana qarşı hərbi ölçüyə əl atılmasına tərəfdar olanların sayı 25 %, iqtisadi-diplomatik vasitələr işləmədiyi halda bu seçimə üstrünlük verənlər isə 60 % təşkil edir. Demokrat möveqyə yaxın adamların 68 %-i heç bir halda İranla hərbi münqaişəni dəstəkləmir və onların 50 %-i ABŞ-ın İrana qarşı hərbi ölçüyə əl atmaqda tələsəcəyindən olduqca narahatdır.

XS
SM
MD
LG