Accessibility links

Bloq: Amerika Duası


Ötən iki həftədə bir çox ABŞ sakinləri kimi mən də Respublikaçıların və Demokratların ümummilli qurultaylarını izlədim. Güclü nitqlər də oldu, zəifləri də. Amma ən çox diqqətimi çəkən məqam sonuncu, Demokratların qurultayındakı qapanış duası oldu. Zənnimcə, Amerikada siyasi vəhdətin və yetkinliyin ən bariz nümunəsi məhz bu xeyir dua – hər iki qurultayın sonunda eyni din xadimi tərəfindən verilən xeyir dua idi. Respublikaçıların qurultayında dua oxumuş Nyu Yorkun katolik arxyepiskopu Timothy Dolan Demokratların toplantısına da yekun ilahi not vurdu.


Dolanın oxuduğu dua təkcə milli vəhdəti yox, özünün dediyi kimi “unikal Amerika təcrübəsinin” mahiyyətini əks etdirir. Puritanların vətəni olaraq Amerikada insanlar həmişə uca varlığın qüdrətinə tapınıblar, ondan ilham alıblar. Təsadüfi deyil ki, Amerika demokratiyanın beşiyi olmaqla bərabər, həm də Qərb dövlətləri arasında ən dindar ölkələrdən biridir. “Biz intizamlı hürriyyətə əsaslanan, həyat, azadlıq və xoşbəxtlik amacı hüquqlarının bizə ilahi tərəfindən bəxş edildiyini deməklə başlayan bu ali təcrübəyə Allahdan izzət verməsini diləyirik.” İstiqlaliyyət Bəyannaməsində tanrıya istinad edilməsini önə çəkməklə kardinal Dolan vətəndaşlara xatırlatdı ki, Amerika demokratiyası insanın təkcə özünə deyil, həm də ali varlığa inancı üzərində qurulan bir sistemdir.

Bütün insanlarımızda din azadlığına olan fundamental hörməti yenilə – o azadlıq ki, Respublika qurulandan bəri bizimlə olub. Qoy bizim hürriyətimiz həqiqətlə harmoniyada olsun – yaxşılıq və ədalət üzərində qurulan azadlıq…


“Biz sənə hürriyət hədiyyəsinə görə təşəkkür edirik. Bu azadlar torpağı heç zaman azadlıqlarımızı müdafiə edən cəsur övladlardan xali olmasın. Bütün insanlarımızda din azadlığına olan fundamental hörməti yenilə – o azadlıq ki, Respublika qurulandan bəri bizimlə olub. Qoy bizim hürriyətimiz həqiqətlə harmoniyada olsun – yaxşılıq və ədalət üzərində qurulan azadlıq… Son iki əsrdə bizim azadlıqlarımız uğrunda canlarından keçmiş insanlara görə bizi şükran et. Biz onların ali ruhlarını sənin mərhəmətinə buraxırıq və səndən uniformada xidmət edən oğul və qızlarımızı hifz etməyi diləyirik… Bizə xoşbəxtliyin yalnız təbiət qanunlarına və həmin təbiəti yaradan Allahın qanunlarına hörmət etməkdə tapıldığını yenidən göstər. Bizi öz izzətinlə gücləndir və bizə qüdrət ver ki, mənəvi qanunları öz yaratdığımız bütlərlə əvəzləmək nəfsini boğa bilək.

“Biz sənə insanların, insanlar tərəfindən, və insanlar üçün yaradılmış Amerika hökumətinə görə təşəkkür edir və bizi idarə edənlərə yardımçı olmanı diləyirik: Prezident Barak Obama, vitse-prezident Co Bayden, Konqress, Ali Məhkəmə və hamısı, o cümlədən qubernator Mitt Romni və Konqresmen Paul Ryan ki, onlar ictimai mövqe tutmaq amacında millətə xidmət etmək istəyirlər. Onların hamısını bu ölkəyə xidmət etməyə layiqli et.”

Demokratların qurultayında Respublikaçı namizəd Mitt Romni və Paul Ryana dua oxunması.

Yalnız Amerikada.

XS
SM
MD
LG