Mayın ilk həftəsi Birləşmiş Ştatlar üçün tarixi nöqtə oldu. Son yarım əsrdə işsizlik ən aşağı həddə çatdı. 1969-cu ildən bəri ilk dəfə olaraq ABŞ-da işsizlik səviyyəsi 3.9 faizdir. Artıq bir ildir ki, Birləşmiş Ştatlarda işsizlik 4 faizdən aşağı səviyyədə qalır ki, bu da inkişaf etmiş Qərb ölkələri arasında ən yüksək iqtisadi göstərici sayıla bilər.

Əmək Departamenti ABŞ iqtisadiyyatının aprel ayında 263,000 yeni iş yeri yaratdığını elan edib. 103-cü aydır ki, ardıcıl olaraq ABŞ-da iş yerləri artmaqdadır. Əslində hazırda Amerikada vakansiyalar işsizlərin sayını üstələyir.

Aşağı işsizlik maaş səviyyəsinə də təsir göstərməkdədir. Belə ki, işsizlərin qıtlığı biznesləri daha aqressiv şəkildə işə adam cəlb etməyə və cəlb etdikləri adamlara daha yüksək maaş ödəməyə vadar edir. Saatlıq maaş ötən illə müqayisədə 3.2 faiz artıb.

Supermarketdə iş elanı – saatı $12.35. Salem, Nyu Hempşir ştatı. Hazırda bütün ABŞ boyu vakansiyaların sayı işsizlərin sayından çoxdur.
Supermarketdə iş elanı – saatı $12.35. Salem, Nyu Hempşir ştatı. Hazırda bütün ABŞ boyu vakansiyaların sayı işsizlərin sayından çoxdur.

Bu arada Dow Jones səhm birjası rekord rəqəmlər sərgiləyir. Səhm birjalarında əmanət və pensiya pullarını saxlayan əksər amerikalılar üçün bu, yaxşı xəbərdir.

Bu, həm də Ağ Evdə oturmuş Respublikaçı prezident Donald Tramp üçün yaxşı xəbərdir. Belə ki, bir çox iqtisadçılar yaşanılan bumun əsasını Trampın yürütdüyü siyasətdə görürlər. Trampın ötən il qəbul etdiyi kəskin vergi endirimləri və Barak Obama dönəmində tətbiq olunmuş nizamlamaların ləğvi iqtisadiyyata vurulan buxovların açılması kimi dəyərləndirilir.

“Buna baxın! Aşağı işsizlik, çoxlu iş yerləri, yüksək maaşlar, yüksək istehlakçı etimadı, məhsuldarlığın artımı və inflyasiyanın yoxluğu,” prezidentin müşaviri Larry Kudlow Fox telekanalında entusiazmını gizlətmir. “Bu, büsbütün qiyamətdir. Biz iqtisadiyyatı dirçəltmişik.”

Amerikalıların 56 faizi Donald Trampın iqtisadi idarəçiliyini bəyənir.
Amerikalıların 56 faizi Donald Trampın iqtisadi idarəçiliyini bəyənir.

İqtisadi çiçəklənmə fonunda prezident Trampın ictimai reytinqləri də qalxmaqdadır. Son rəy sorğularına əsasən, Trampın iqtisadi idarəçiliyini bəyənən amerikalıların sayı 56 faizə, ümumilikdə prezident kimi fəaliyyətini bəyənənlərin sayı isə 46 faizə yüksəlib.

Lakin müxalifətdə olan Demokratlar iqtidarın optimizini və hətta hekayə xəttini belə paylaşmırlar.

“Mənim qonşuluqumda yaşayan adamlardan soruşun,” Demokrat Senator və prezidentliyə iddialı Kori Buker deyir. “Onlar sizə söyləyər ki, insanlar kirayə pulunu ödəmək üçün iki işdə işləməyə məcburdurlar… Amerikalılar çətinlik çəkir. Maaşlar çox aşağıdır – son 40 il üçün. Biz bu dirçəlişdən hamıya pay düşməsinə nail olmalıyıq. Hazırda isə belə deyil.”

İqtisadi durumun əsas meyarlarından biri hesab olunan istehlakçı özünəinamı ABŞ-da ən yüksək səviyyədədir.
İqtisadi durumun əsas meyarlarından biri hesab olunan istehlakçı özünəinamı ABŞ-da ən yüksək səviyyədədir.

Ötən ayın iş artımında ən yaxşı göstəricilər biznes xidmətlərində (76,000), inşaatda (33,000) və səhiyyə sektorunda (27,000) qeydə alınıb.

“Heç şübhəsiz, iş baxımdan durum yaxşıdır.” Macroeconomics Advisers qrupunun eksperti Joel Prakken Washington Post qəzetinə deyir. “Hasırda ən məyusedici göstəricilər istehsalat sahəsindədir.”

Deutsche Bank eskperti Matthew Luzzetti də bu qənaətlə razılaşır: “Hərçənd ki, işsizlik üzrə rəqəmlər 1969-cu ildən bəri ən aşağı səviyyədədir, daha yaxşı meyar tamştatlı iş tapa bilmədiklərinə görə yarım-ştat işləyən adamların sayı olardı,” o əlavə edir.

Ekspertlər irqi azlıqlar arasında işsizliyin nisbətən yüksək səviyyədə olmasından narahatlıq ifadə edirlər.
Ekspertlər irqi azlıqlar arasında işsizliyin nisbətən yüksək səviyyədə olmasından narahatlıq ifadə edirlər.

Digər iqtisadiçılar də rəqəmlərin hamıya şamil oluna bilməyəcəyindən narahatlıq ifadə edirlər. Məsələn, latinolar arasında işsizlik 4.2 faiz, afro-amerikalılar arasında isə 6.7 faiz qalmaqdadır ki, sonuncu ağdərililərin işsizlik səviyyəsindən ikiqat yüksəkdir.

“İşsizlik hamı üçün 3.6 faiz deyil,” Rutgers Universitetinin eksperti Vilyam Rodgers müşahidə edir. “Əmək bazarında gənclər və irqi azlıqlara hələ də yer var.”