Bu gün Bakı Apellyasiya Məhkəməsi bloger Adnan Hacızadənin cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib. Adnan Hacızadə məhkəmə zalından azadlığa buraxılıb.
Beləliklə, məhkəmə şikayəti qismən təmin edib və blogeri şərti olaraq cəzasının yarısını çəkməzdən azad edib. Adnan Hacızadənin həbs cəzasının başa çatmasına 7 ay bir gün qalmışdı.
Blogerlər Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də həbs olunub. Hər iki bloger xuliqanlıq və yüngül bədən xəsarəti yetirmək ittihamları ilə müvafiq olaraq 2,5 və 2 il müddətinə azadlıqdan məhrum olunub.
Yerli və beynəlxalq demokratik ictimaiyyət blogerlərin fərqli düşüncələrinə görə ittiham edildiyini bildirib. Blogerlər Azərbaycan məmurları ilə bağlı satirik videosüjet hazırlamışdılar.