ABŞ dövlət katibi Antoni Blinken cümə günü türkiyəli həmkarı ilə Ankarada apardığı danışıqlardan sonra ABŞ və Türkiyənin Suriyanın yeni hökumətində nə görmək istədikləri ilə bağlı geniş razılığa gəldiyini deyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı Blinken deyib ki, hər iki ölkə “inklüziv və məzhəbsiz, azlıqların və qadınların hüquqlarını qoruyan, dövlətin institutlarını qoruyub saxlayan və insanlara xidmət edən” müvəqqəti Suriya hökuməti istəyir.
Blinken deyib ki, hər iki ölkə müvəqqəti Suriya hökumətinin Suriyanın keçmiş prezidenti Bəşar Əsəd rejimindən qalan hər hansı kimyəvi silahı tapıb lazımi şəkildə məhv etməsini istəyir. O, Suriyanın qonşuları üçün təhlükə yaratmasını istəmədiyini və müvəqqəti rəhbərliyin ekstremist qruplarla hər hansı ittifaqı rədd etməsini istədiyini deyib.
Konkret olaraq, həm Blinken, həm də Fidan İslam Dövləti terror qruplaşmasının yatırılması üçün səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
“Ölkələrimiz ərazi xilafətinin ləğvini təmin etmək üçün uzun illər ərzində çox çalışıb və çox şey göstərib”, Blinken bildirib. O, əlavə edib ki, “bu təhlükənin yenidən baş qaldırmamasını təmin etmək üçün əsas var. Və buna davam etməyimiz, bu səyləri davam etdirməyimiz vacibdir", o qeyd edib.
Cümə axşamı dövlət katibi Türkiyə prezidenti Rəcəb Ərdoğanla görüşüb. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Blinken və Ərdoğanın “ABŞ-Türkiyə regional əməkdaşlığını və Suriyanın rəhbərliyi ilə və Suriyaya məxsus hesabatlı və əhatəli hökumətə siyasi keçidi dəstəkləməkdə ortaq marağımızı” müzakirə edib.
Blinken cümə axşamı İordaniyada da olub və burada Kral II Abdullah bin Əl-Hüseyn və baş nazirin müavini Ayman Safadi ilə görüşüb.
O, İordaniyanın Aqaba şəhərində keçirilən danışıqlardan sonra jurnalistlərə deyib ki, tərəflər “Suriya xalqına Əsədin qəddar diktaturasından uzaqlaşarkən onlara dəstək olmaq üçün” regional səyləri əlaqələndirməyə çalışırlar.
Blinken cümə axşamı Suriyada itkin düşən 29 yaşlı Travis Timmermanı da müzakirə edib. Timmerman ötən həftə sonu paytaxt Dəməşqə doğru hərəkət edərək Əsədi devirən üsyançılar tərəfindən Suriyanın bədnam həbsxanalarından azad edilən minlərlə insan arasında olub.
Forum