Accessibility links

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynadadır


Yüksək vəzifəli rəsmilərlə danışıqlar aparmaq üçün Ukraynaya səfər edən ABŞ Dövlət katibi Entoni Blinken bu ölkənin suverenliyi və demokratiyasının gücləndirilməsi üçün göstərdiyi səylərə dəstək verəcəyini bildirib.

"Mən həqiqətən çox sadə bir səbəbdən buradayam - Prezident Bayden adından ölkələrimiz arasındakı tərəfdaşlığa, Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə sadiq olduğumuzu göstərmək, sizinlə birlikdə islahatlar aparmaq, irəliləmək və korrupsiyaya qarşı mübarizəni davam edərkən sizinlə birlikdə öz demokratiyamızı da möhkəmləndirmək üçün" - deyə, Blinken bildirib.

ABŞ yüksək səviyyəli diplomatı ABŞ-ı “təhlükəsizlik və müdafiə sahəsində Ukraynanın birnömrəli müttəfiqi” adlandıran ukraynalı xarici işlər naziri Dimitro Kuleba ilə birlikdə danışıb.

Blinkenin səfəri Rusiyanın Ukrayna ilə sərhədə on minlərlə əsgəri qüvvə və hərbi texnikasınl artımasından və bunun bir çox Qərb dövlətlərinin narahatlığına səbəb olmasından sonra baş tutub. Rusiya qüvvələrin hərbi təlimlərdə iştirak etdiyini və aprelin sonundan etibarən öz bazalarına qayıtdıqlarını bildirib.

Blinken Dimitro Kulebadan əlavə cümə axşamı Prezident Volodimir Zelenski və Baş nazir Denis Smıhalla da danışıqlar aparıb.

Zelenski ilə yanaşı dayanan Blinken deyib ki, Rusiya hələ də istədiyi təqdirdə təcavüzkar addımlar atmağa hazır ola bilər.

Zelenski isə öz növbəsində sərhəd regionunun tətdid altında qalmaqda davam etdiyini və Ukraynanın heç bir sürpriz görmək istəmədiyini bildirib.

Onun ABŞ-ın Rusiyanın 2014-cü ildə Krım yarımadasını ilhaq etməsini tanımayacağı və Ukraynaya geri qayıtarmalı olduğunu deyəcəyi gözlənilir.

Dövlət katibinin Rusiyanı Ukraynanın şərqindəki qarşıdurmaya son qoymaq üçün Minsk razılaşmasındakı öhdəliklərini yerinə yetirməyə çağıracağı da gözlənir. Rusiya 2014-cü ildən bəri Donbasın şərq bölgəsindəki rusiyapərəst separatçılara dəstək verir.

ABŞ Dövlət Departamenti bildirib ki, Blinken Ukraynanın demokratik təsisatatları, iqtisadi rifahı və Avro-Atlantik gələcəyinin təməli olan islahatlara çağıracaq.

Dövlət Departamentinin məlumatlarına görə, "2014-cü ildən bəri ABŞ təhlükəsizlik və qeyri-təhlükəsizlik yardımı da daxil olmaqla, ümumilikdə Ukraynaya 4.6 milyard dollardan çox yardım edib".

XS
SM
MD
LG