Accessibility links

Blinken Avstraliya və Ficiyə səfər edir


ABŞ Dövlət Katibi Antoni Blinken
ABŞ Dövlət Katibi Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi Avstraliyaya yola düşüb. Dövlət Departamentindən verilən məlumatda bildirilir ki, Blinken Dördlük ölkərinin nazirləri səviyyəyində keçiriləcək görüşdə dəniz təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün danışıqlar aparacaq.

Dördlük ölkələri Avstraliya, Hindistan, Yaponiya və ABŞ-ın da iştirak etdiyi təhlükəsizlik dialoqu formatıdır.

Dövlət Departamentinin cümə günü yaydığı bəyanatda deyilir ki, "Dövlət katibi səfər zamanı Avstraliyanın Baş naziri Skott Morrison, Xarici İşlər Naziri Marise Payne, Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar və digər yüksək səviyyəli rəsmilərlə bir sıra ikitərəfli və qlobal prioritetləri müzakirə edəcək".

ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink cümə günü Amerikanın Səsinə bildirib ki, Melburnda keçirilən görüşlər zamanı müzakirələrin bir hissəsi “Çin tərəfindən yaradılan problemlərə aid olacaq”.

Blinkenin bu səfərinin proqramına Fici və Honolulu (Havay adaları) da daxildir. Blinken “Sakit okeanda demokratiya, regional həmrəylik və tərəqqiyə dair birgə öhdəliyi” davam etdirmək yollarını müzakirə etmək üçün Sakit okean adasının liderləri ilə görüşəcək. Bu, ABŞ Dövlət katibi səviyyətində 1985-ci ildən bəri Ficiyə ilk səfəri olacaq.

Fevralın 12-də Honoluluda ABŞ-Yaponiya-Koreya Respublikası üzrə üçtərəfli nazirlər səviyyəsində keçiriləcək görüşlərdə əsas mövzu Şimali Koreyanın nüvə və raket proqramlarından irəli gələn təhlükənin həlli yollarının tapılmasıdır.

Blinkenin Sakit okean hövzəvi ölkələrinə səfəri Rusiyanın Ukrayna ətrafında kütləvi hərbi qüvvələr cəmləşdirməyə davam etdiyi vaxta təsadüf edir.

XS
SM
MD
LG