ABŞ Dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostin getdikcə iddiası artan Çin və səssiz qalan Cənubi Koreya qarşısında Trans-Sakit Okean tərəfdaşlığını təsdiqləmək üçün bu həftə Yaponiya və Cənubi Koreyada müttəfiqləri ilə görüşəcək.
Vaşinqtonun yüksək səviyyəli diplomatik və müdafiə rəsmiləri regiona səfərə bazar ertəsi başlayır. Bayden administrasiyasının nümayəndələri olaraq, onların xaricə ilk rəsmi səfəri Tokiodan başlayacaq.
Blinken və Ostin çərşənbə axşamı Seula yola düşməzdən əvvəl xarici yapon həmkarları, Yaponiyanın Xarici İşlər Naziri Toşimitsu Motegi və Müdafiə Naziri Nobuo Kişi ilə “iki üstəgəl iki“ adlandırdıqları görüş keçirəcək.
Bəzi müşahidəçilərin fikrincə, ilk olaraq bu iki ölkənin seçilməsi ABŞ-ın yeniprezidentinin Şimal-Şərqi Asiyada təhlükəsizliklə bağlı narahatlıqlarını əks etdirir.
Dünyanın iki ən böyük iqtisadiyyatı ABŞ-ıa Çin arasındakı münasibətlər keçmiş prezident Donald Trampın ticarət müharibəsi və Çinin təsir dairəsi hesab etdiyi bölgələrdə artan hərbi gərginlik səbəbindən pisləşib.
Prezidentliyinə iki aya yaxındır başlayan Co Bayden sələfinin Pekinə qarşı bəzi təzyiqləri aradan qaldırmağa tələsmədiyini bildirib. Bayden administrasiyası idxal tarifələrini saxlayıb, Tayvanın demokratik hökumətinə dəstəyini bildirib və Çin Prezident Çi Jinpini Honq Konq və Sincanda insan haqlarının pozulduğuna görə qınayıb.