Accessibility links

“ABŞ-ın Azərbaycanda investisiyaların həcmi 13 mlrd. dollara yaxınlaşır”


Azərbaycan-ABŞ Biznes Forumu
Azərbaycan-ABŞ Biznes Forumu

“ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq şəraitində ABŞ-la Azərbaycan arasında mövcud olan ticarət əlaqələrinin genişləndirilməsini təşviq edirik”.

APA agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan - ABŞ biznes forumu ilə əlaqədar Azərbaycanda səfərdə olan ABŞ ticarət missiyasına sədrlik edən ABŞ Kommersiya Xidmətinin region üzrə baş kommersiya müşaviri Bill Çaykovski deyib.

Ticarət missiyamıza 15 şirkət daxildir. Bu isə təxminən 30 iş adamı deməkdir. Bu biznes missiyasının məqsədi əlaqələr yaratmaq və nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməkdir.

O bildirib ki, Amerika-Azərbaycan Ticarət Palatası vasitəsilə Azərbaycana hazırda ən böyük ticarət missiyası gəlib: “ABŞ biznes təmsilçiləri tərəfindən Azərbaycana bu qədər marağın olmasından məmnunuq. Ticarət missiyamıza 15 şirkət daxildir. Bu isə təxminən 30 iş adamı deməkdir. Bu biznes missiyasının məqsədi əlaqələr yaratmaq və nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməkdir. Bir neçə gün ərzində missiya nümayəndələri Azərbaycanda olacaq və çoxsaylı görüşlər keçiriləcək. Görüşlərdə mövcud əlaqələrin dərinləşməsi və genişlənməsi istiqamətində müzakirələr aparacaq”.

Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev isə Azərbaycan - ABŞ biznes forumundabildirib ki, 2017-ci ilin 8 ayı ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 7% artaraq 416 milyon dollara çatıb.

2017-ci ilin 8 ayı ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 7% artaraq 416 milyon dollara çatıb.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr 25 illik tarixə malikdir: "Bu əlaqələr müxtəlif istiqamətlərdə hər zaman dinamik inkişaf edib. Həm enerji, həm də iqtisadiyyatın digər sahələri çərçivəsində mühüm əməkdaşlıq mövcuddur. İnvestisiya əməkdaşlığımız geniş spektrə malikdir. Bu gün ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 13 mlrd. dollara yaxınlaşır. Azərbaycanın da ABŞ-a əhəmiyyətli investisiyaları mövcuddur. Xüsusilə də bura Azərbaycan Dövlət Neft Fondunun investisiyalarını vurğulamaq lazımdır".

Nazir müavini bildirib ki, bu gün Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir: "Bu gün dünyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük tələbat var. Bu istiqamətdə potensialımızı genişləndirə biləcəyik və amerikalı tərəfdaşlarımızı bu işə dəvət edirik".

Azərbaycan ABŞ üçün mühüm ölkədir. Rusiya və İranla sərhəd ölkə olması onu nəqliyyat sahəsində mühüm ölkəyə çevrilir. Biz əlaqələrimizdə neft-kimya sahəsinin də inkişafına təkan vermək istəyirik.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi dünya səviyyəsində mühüm layihələrdən biridir. Layihənin ümumi dəyəri 40 milyard dollar civarında qiymətləndirilir: “Biz əlaqələrimizdə daha geniş iqtisadi münasibətlər görürük. Ümid edirəm ki, bu görüş Azərbaycan iqtisadiyyatına mühüm töhfə verəcək. Azərbaycan ABŞ üçün mühüm ölkədir. Rusiya və İranla sərhəd ölkə olması onu nəqliyyat sahəsində mühüm ölkəyə çevrilir. Biz əlaqələrimizdə neft-kimya sahəsinin də inkişafına təkan vermək istəyirik. Ümid edirəm ki, bu görüşdə biznes nümayəndələri əməkdaşlığımızı necə inkişaf etdirmək və Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə necə kömək edə biləcəklərinin yollarını tapacaqlar”.

Azərbaycan - ABŞ biznes forumunda sənaye, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrində olan 150-dən artıq sahibkar iştirak edib.

XS
SM
MD
LG