Accessibility links

Bitkidən hazırlanan ətsiz burger [Video]


Bitkidən hazırlanan ətsiz burger
please wait

No media source currently available

0:00 0:02:14 0:00

İllər boyu aparılan tədqiqatlar və investorların 400 milyon dollar dəyərindəki sərmayeləri Impossible Foods şirkəti veqan bazarına yeni gözəl məhsul daxil edib. Bu isə ətsiz burgerdir. Kaliforniyada fəaliyyət göstərən bu şirkətin məqsədi insanları içində xolesterol, antibiotik, hormon, zərərli bakteriyalar və ən əsası ət olmayan, amma ətdən alınan həzzin qorunub-saxlayanacağı təbii orqanik məhsulla təmin etməkdir.

Bu, insanların bitkilərdən hazırlanan burgerlə bağlı düşüncələrini dəyişdi. Bizim restoran bitkilərdən hazırlanan yeməklərdən ibarət olsa da, biz daha çox vegetarian olmayan insanlara xidmət göstəririk, yəni biz vegetarian olmayan müştərilər arasında daha populyarıq
Tal Ronnen

Bu ətə bənzəyir, odun üzərinə ət kimi şirə buraxır, dadı da ətə bənzəyir, amma bu, ət deyil.

Impossible Burger tamamilə bitkidən ibarətdir. Onu hazırlamaq üçün mal ətindən hazırlanan burger üçün lazım olan resursların yarısı tələb olunur. Ət yeyən bir çox insan da İmpossible Burgerə üstünlük verdiyini deyir.

Veqan burgerin içində dörd əsas təbii tərkib hissəsi var: zülalla təmin edən buğda, buğdanı bir yerdə tutan kartof zülalı, burgerə şirə verən hind qozu cövhəri və əlavə xüsusi bir komponent.

“Bu xüsusi tərkib hissəsi təkcə bizdə var və o, hem adlanır. Biz heyvan qanında olan hemin əslində elə hər şeydə, bitkilərdə də mövcud olduğunu aşkar etdik. Biz onu bitkidə təbii yolla əmələ gələn mənbədən ələd etməyin yolunu tapmışıq və nəticədə Impossible Burger mal ətindən hazırlanan burgerin dadını verir,” deyə Deyvid Li bildirir.

Los Ancelesdə yerləşən Crossroads Kitchen adlı yüksək keyfiyyətli veqan restoranının aşpazı və sahibi Tal Ronnen deyir ki, Impossible Burger böyük dəyişiklik edib.

“Bu, insanların bitkilərdən hazırlanan burgerlə bağlı düşüncələrini dəyişdi. Bizim restoran bitkilərdən hazırlanan yeməklərdən ibarət olsa da, biz daha çox vegetarian olmayan insanlara xidmət göstəririk, yəni biz vegetarian olmayan müştərilər arasında daha populyarıq,” o deyir.

Impossible Burger
Impossible Burger

Yüksək keyfiyyətli burgerləri ilə tanınan Umami Burger Impossible Burgeri satan minlərcə restorandan biridir. Onlar bu burgerə tələbin artdığını deyir.

İmpossible Foods-un icraçı direktoru Deyvid Li üçün isə bu, çox gözəl xəbərdir.

“Biz kosmosdan da görülən təsir yaradacaq şirkət təsis etmişik, ona görə də, bu yaxınlarda Birləşmiş Ştatlardan başqa Honq Konqda da məkan açdıq. Bunun tək səbəbi isə oranın yemək sevən insanların xoşladığı gözəl yer olması deyil, həm də Asiya boyu yemək trendlərinin əsasının Honq Konqda qoyulmasıdır,” Li söyləyir.

Şirkətin Oklahoma ştatındakı yeni fabrikində hər ay 5,5 milyondan çox Impossible Burger hazırlana bilir. Bu isə o deməkdir ki, Birləşmiş Ştatlar və dünya boyu artıq daha çox restoranların menyularında Impossible Burgerə rast gəlmək mümkün olacaq.

XS
SM
MD
LG