Accessibility links

Birləşmiş Ştatlar Rusiyanı jurnalistlərin qatillərini cəzalandırmağa çağırır


Dünya boyu peşə fəaliyyətini yerinə yetirən jurnalistlər müxtəlif növ təhlükələrlə üzləşirlər. Bu kişi və qadınlar şantaj, mühacirət, həbs, fiziki hücum və qətl aktlarına məruz qalırlar. Bu yaxınlarda ABŞ Dövlət Departamentinin işıqlandırdığı belə hallardan biri Hajımurad Kamalovun öldürülməsidir.

Cənab Kamalov Dağıstanda dərc olunan Çernovik adlanan qəzetin təsisçisi və naşiri idi.Onun rəhbərliyi altında Çernovik yerli hökumətdə baş alıb gedən korrupsiya, “militant” damğası vurulmuş adamların arbitrar saxlanma, işgəncə və qətlə məruz qalmasını işıqlandırıb. 2008-2011-ci illər arasında rəsmilər Çernovik-in beş jurnalistini “ekstremizm” ittihamı ilə həbs ediblər, amma qəzet özünü bu ittihamlara qarşı məhkəmədə uğurla müdafiə edib. Rəsmilər həmçinin qəzetdə maliyyə yoxlamaları aparmaqla və 2009-cu ildə onu bağlamağa cəhd göstərməklə təqib ediblər.

2011-ci il, 14 dekabrda cənab Kamalovu 14 güllə ilə vuran maskalı şəxs maşına əyləşərək aradan çıxıb.

Polis cənab Kamalovun qətli ilə bağlı təhqiqata başlayıb, amma heç kəs məsələ ilə bağlı həbs edilməyib, yaxud rəsmi ittihamla üzləşmir. Dövlət Departamenti bildirir ki, onun ölümü və ədalətin öz yerini tapmaması Dağıstanda mətbuat azadlığına dəhşətli zərbə endirib.

Beynəlxalq media monitorları Rusiyanı jurnalistlər üçün ən təhlükəli ölkələr siyahısına daxil ediblər. 2000-ci ildən bəri təkcə Şimali Qafqaz regionunda yeddi jurnalist qətlə yetirilib. 2004-cü ildə Pavel Xlebnikov və 2006-cı ildə Anna Politkovskayanın qətlləri kimi bir çox cinayətlər açılmamış qalır.

Birləşmiş Ştatlar Rusiyanı jurnalistlərə hücum edən, jurnalistləri öldürən adamlar üçün mövcud olan cəzasızlıq mühitini aradan qaldırmağa çağırır.

Dünya Mətbuat Azadlığı Günündə dövlət katibi Hillari Klinton öz həyatlarını risk qarşısında qoyaraq ölkələrində baş verənləri işıqlandıran jurnalistlərə ehtiramını nümayiş etdirib: “Onların həbsi və üzləşdikləri hədə-qorxular qlobal ədalətsizlikdir,” deyə xanım Klinton bildirib. “Azad media bir yerdə hücuma məruz qalırsa, bu, hər yerdə insan haqlarına edilən hücumdur.”

XS
SM
MD
LG