Accessibility links

Birləşmiş Ştatlar Belarus xalqını demokratiya yolunda dəstəklədiyini bildirir


Belarus paytaxtı Minskdə prezident seçkilərinin nəticələrinə etiraz olaraq nümayiş keçirilir, 16 noyabr, 2020.
Belarus paytaxtı Minskdə prezident seçkilərinin nəticələrinə etiraz olaraq nümayiş keçirilir, 16 noyabr, 2020.

ABŞ-ın Belarusdakı səfirliyi fevralın 7-də qeyd olunan Belarus ilə Həmrəylik Günü ilə əlaqədar bəyanat yayıb.

“Hər gün, xüsusən də bu gün `Belarus ilə Həmrəylik Günü`ndə Birləşmiş Ştatlar Belarus xalqının demokratiya, azadlıq və ədalət istəyinə dəstək verir. Fundamental azadlıqlar bütün xalqların ayrılmaz hüququdur və bunların müstəqil, suveren Belarusda təmin edilməsinin vaxtı çoxdan çatıb”, bəyanatda bildirilir.

“Dekabr ayında `2020 Belarus Demokratiya, İnsan Haqları və Suverenlik Aktı` Birləşmiş Ştatları Konqresi tərəfindən qəbul edilib və prezident tərəfindən imzalanıb. Belarus Demokratiya Aktı Amerikanın mövqeyini birbaşa ifadə edir: Birləşmiş Ştatlar Belarus xalqını dəstəkləyir, insan haqlarına hörmət tələb edir və Belarus xalqının hüquqlarını pozanları məsuliyyətə cəlb edəcək. ABŞ qanunun aliliyinin hökm sürdüyü suveren, demokratik Belarus istəyənlərə dəstək vermək üçün Avropa tərəfdaşları ilə birgə işləyəcək”, bəyanatda qeyd edilir.

Sənəddə Belarus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Alekseyeviçin sözlərindən sitat gətirilir: “Azadlıq bir vaxtlar xəyal etdiyimiz kimi ani bir bayram deyil. Bu, bir yoldur. Çox uzun bir yoldur.”

ABŞ-ın Minskdəki səfirliyinin bəyanatında deyilir: “Bu yol nə qədər uzun və çətin olsa da Birləşmiş Ştatlar həmrəy olaraq, bu yolu Belarus xalqı ilə birlikdə gedir.”

XS
SM
MD
LG