Danimarkanın kəşfiyyat xidməti ölkə paytaxtında terror hücumu hazırlamaqda şübhəli bilinən üç nəfəri saxlayıb. Danimarkanın Təhlükəsizlik və Kəşfiyyat xidməti bəyanatda şübhəli şəxslərin bu gün Kopenhaqen şəhərində iki fərqli ünvanlarda həbs edildiyini bildirib.
Bəyanatda saxlanılanların qanunsuz avtomat silah gəzdirməkdə ittiham edildiyi və terror hücumu həyata keçirmək hazırlaşdığı ehtimal olunduğu deyilir. Həbslə bağlı əlavə məlumat verilməyib. Agentlik həbs olunanların 22 yaşlı iordaniyalı, 23 yaşlı türk, və Misirdə yaşayan 21 yaşlı Danimarka vətəndaşı olduğunu deyib. Həbslər 2005-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını nəşr etdiyinə görə Danimarka qəzetinə hücum edən dörd nəfərin məhkəməsilə eyni vaxtə təsadüf edir.