Accessibility links

Bir qrup ilahiyyatçı sərbəst buraxılıb


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

Oktyabrın 19-da saxlanılan maide.az saytının əməkdaşları və Azərbaycan Ruhanilər Birliyinin üzvləri Cəlal Şəfiyev, Qadir Məmmədov, Əli Musayev və Təmkin Cəfərov sərbəst buraxılıb.

Bu bərədə onların ailə üzvləri məlumat verib.

Ailə üzvlərindən biri deyib ki, birliyin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb edilib, lakin özlərinə məsələnin detalları barədə məlumat verilmir.

Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti hələ şərh verməyib.

İlahiyyatçıların saxlanılması İran-Azərbaycan münasibətlərində gərginliyin yaşandığı zamana təsadüf edir. Onların sərbəst buraxılması isə hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin problemlərin diplomatik yolla həllini vurğuladığı vaxtla üst-üstə düşür.

XS
SM
MD
LG