Turan agentliyinin məlumatına görə, vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi (hüquq müdafiəçiləri, jurnalistlər, ekspertlər) prezident İlham Əliyevə açıq məktub göndərərək onu siyasi məhbusları azad etməyə çağırıb.
“Biz hamı üçün əlamətdar olan hadisə - Eurovision - 2012 mahnı müsabiqəsinin Bakıda keçiriləcəyi ərəfədə respublikadakı ictimai-siyasi durumla bağlı Sizə müraciət edirik. Bizim nümayəndələrin bu mühüm müsabiqədə qələbəsi hamımızı sevindirdi və Azərbaycan mədəniyyətinin yüksək səviyyəsini bir daha bütün dünyaya göstərdi. Eurovision-2012 müsabiqəsi Bakıda keçiriləcək ki, bu da sözsüz ki, həm müsabiqəyə, həm də ümumilikdə ölkəmizə dünya ictimaiyyətinin diqqətini cəlb edəcək. Sonuncu ilə əlaqədar sizin diqqətinizi ölkədə vətəndaş hüquqlarının vəziyyət ilə bağlı gərginliyə yönəltmək istəyirik. Yerli və beynəlxalq hüquq müdafiəçilərinin qeyd etdiyi kimi, söz və toplaşmaq azadlığının pozulması, xüsusən ölkədə siyasi məhbusların olması Bakıda Eurovision-2012-nin keçiriləcəyi fonda həyəcanlı durumdur. Yuxarıda sadalananlar dünya kütləvi informasiya vasitələrinin diqqətindən kənarda qalmayacaq. Əgər cəmiyyətdə gərginliyin azaldılması ilə bağlı tədbirlər görülməsə, mətbuatın güzgüsündə və dünya ictimaiyyətinin fikrində Azərbaycan azad incəsənət müsabiqəsi keçirməyə cəhd göstərən azad olmayan ölkə kimi qalacaq (rok isə azad insanların musiqisidir).
Hörmətli, cənab prezident! Biz sizi Bakıda Eurovision-2012 müsabiqəsi ərəfəsində cəmiyyətdəki gərginliyi aradan qaldırmağa çağırırıq. Sizi 2011-ci ildə Respublika Günü münasibətilə siyasi məhbusları, həbsdə olan jurnalistləri, gəncləri, vətəndaş və siyasi fəalları azad etməyə çağırırıq. İstərdik ki, siz vətəndaş barışığı istiqamətində addım atasınız və ölkənin siyasi nüfuzu dünya ictimaiyyətinin gözündə mədəniyyətimizin yüksək inkişafı ilə eyni səviyyədə olsun”, - deyə müraciətdə deyilir.