Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bəziləri intiharçı olmaqla, bir dəstə silahlı şəxs paytaxt Kabildə mehmanxanaya hücum edib. Gecə hücumu nəticəsində başlayan atışma saatlarla davam edib. Əfqanıstanın təhlükəsizlik qüvvələri NATO-dan yardım istəyib. 11 mülki vətəndaşla bərabər, yaraqlıların hamısı öldürülüb. Əfqan rəsmiləri onların 9-nun kamikadze gödəkcəsində olduğunu bildirir.