Birləşmiş Ştatların Pensilvaniya ştatının rəsmilərinin məlumatına görə, bir evin partlaması nəticəsində yaxınlıqdakı səkkiz ev dağılıb. 6 nəfərin itkin düşdüyü bildirilir.
Ştatın Allentaun şəhərinin yanğınsöndürmə idarəsinin rəhbəri deyib ki, partlayışdan sonra 500-dən çox insan evakuasiya olunub. Onun sözlərinə görə, partlayışın səbəb olduğu yanğın yaxınlıqdakı evlərə keçib. 8 ev tamamilə dağılıb, 16 evin isə bir hissəsinə zədə dəyib.
Partlayışın səbəbi hələlik müəyyən edilməyib. Rəsmilər təbii qaz sızmasındın partlayışa səbəb olduğunu istisna etmirlər.