Avqustun17-də Xəzərin Azərbaycan sektorunda “Bulla-dəniz” qaz-kondensat yatağlnda baş vermiş yanğın davam edir.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi saytı bildirir ki, “qaz açıq şəkildə fontan vurub və yanğın baş verib”..
“Platformada olan işçilər evakuasiya edilib.Hazırda platformanı əhatəyə alan yanğınsöndürən gəmilər vəziyyətə nəzarət edirlər. Quyu qapadıldıqdan sonra yanğının söndürülməsinə başlanılacaq”, sayt qeyd edir. Alışmanın səbəbləri məlum deyil.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə bildirib ki, zərərçəkənlər var. Onların sayı gizlədilir və bu məqsədlə onlar özəl klinikalardan birində yerləşdirilib.
M.Qəhrəmanlı hesab edir ki, yanğın Kompleks Qazma İşləri İdarəsinin günahı üzündən baş verib.
ARDŞ-nin prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərə bildirib ki, yanğının hazırda davam edir və yanğının söndürülməsi istiqamətdə işlər aparılır.
“Yanğın qaz sızmasından baş verib və hazırda da yüksək təzyiqli alovla müşahidə olunur. Yanğını söndürmək asandır, lakin əsas məsələ qurğulara zərər verməməkdir. Hazırda maye qazın suya axıdılmasının qarşısının alınması istiqamətində iş gedir. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. “bp” şirkətinin bizə yardım etmək üçün müraciətini qəbul etmişik”, deyə o qeyd edib.
“Bulla-dənuz” Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir.

R.Abdullayev, həmçinin bildirib ki, yataqda çalışan 62 işçinin təxliyə edilməsi nəticəsində xəsarət alan olmayıb.