Accessibility links

ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib


Həkimlərin cümə axşamı bildirdiyinə görə, ABŞ-ın keçmiş prezidenti Bill Klinton infeksiya diaqnozu ilə iki gün Kaliforniya xəstəxanasında müalicə olunub.

Klintonun sözçüsü Ancel Urena Twitter səhifəsində 75 yaşlı Bill Klintonun "COVID-19 olmayan bir infeksiya" ilə çərşənbə axşamı Kaliforniya Universitetinin İrvin Tibb Mərkəzinə aparıldığını yazıb.

"O özünü yaxşı hiss edir və ona qayğı göstərən həkimlərə, tibb bacılarına və xəstəxana işçilərinə sonsuz minnətdardır" - deyə, Urena yazıb. Sözçü Reuters xəbər agentliyinə "O, gəzir, xəstəxana işçiləri ilə zarafat edir və cazibəsi ilə xəstəxana işçilərinin diqqətini çəkir" deyib.

CNN kanalı həkimlərə istinadən bildirib ki, Klinton xəstəxanaya yorğunluq hiss etdikdən sonra gedib və həkimlər ona qan dövranı infeksiyası diaqnozu qoyub. Onlar buna sidik yolunda başlayan infeksiyanın səbəb olduğunu düşünür.

Keçmiş prezidentin həkimləri Alpeş Amin və Liza Bardak Klintonun xəstəxanaya "yaxından izlənmək üçün yerləşdirildiyini, ona antibiotik və maye verildiyini" bildirib.

Həkimlərin dediyinə görə, "Davamlı monitorinq üçün xəstəxanada qalır. İki günlük müalicədən sonra ağ qan hüceyrələrinin sayı azalmaqdadır və antibiotiklərə yaxşı cavab verir".

CNN həkimlərə istinadən məhrəmliyinin qorunması üçün Klintonun reanimasiya şöbəsində saxlandığını bildirib.

1993-2001-ci illərdə prezident olan Demokrat Klintonun əvvəllər də sağlamlıq problemləri olub. 2004-cü ildə dörd dəfə baypas və 2010-cu ildə isə ürək arteriyasında tıxanma olduğuna görə stend əməliyyatları olunub. CNN Klintonun hazırda xəstəxanada qalmasının onun ürək problemi ilə əlaqəli olmadığını bildirib.

XS
SM
MD
LG