Accessibility links

Təl-Əvivdə səfərdə olan Bayden Qəzza xəstəxanasında partlayışa görə “digər tərəfi” günahlandırıb


Prezident Co Bayden HƏMAS hücumları qurbanlarının yaxınları ilə Təl-Əvivdə görüşərkən. (18 oktyabr, 2023)
Prezident Co Bayden HƏMAS hücumları qurbanlarının yaxınları ilə Təl-Əvivdə görüşərkən. (18 oktyabr, 2023)

ABŞ prezidenti Co Bayden çərşənbə günü Qəzza xəstəxanasında baş verən partlayışdan sonra güclənən qarşıdurma fonunda İsrailə gedib.

Bayden ABŞ-ın uzun zamandır müttəfiqi olan İsrailə dəstək nümayişi üçün İsrail liderləri ilə görüşməli olsa da, Qəzza şəhərinin xəstəxanasındakı partlayışdan sonra İordaniyada ərəb liderləri ilə zirvə görüşü ləğv edilib.

“Dünən Qəzzada xəstəxananın partlaması məni çox kədərləndirdi və qəzəbləndirdi. Gördüklərimə əsasən, bunu siz yox, digər tərəf edib. Ancaq buna əmin olmayan bir çox insan var." - Bayden ikitərəfli görüşə başlayarkən İsrailin baş naziri Benyamin Netanyahuya deyib.

“Amerikalılar sizinlə birlikdə kədərlənirlər. Həqiqətən də kədərlənirlər və Amerikalılar narahatdırlar”, ABŞ prezidenti əlavə edib: "Çünki bunun öhdəsindən gəlmək və etməli olduğunuz asan bir sahə olmadığını bilirik."

ABŞ lideri İsrailin özünü müdafiəsi üçün gərək olan hər şeylə təmin edəcəyinə söz verib.

“Hazırda əldə olan məlumatların təhlili onu göstərir ki, İsrail dünən Qəzzada xəstəxanada baş verən partlayışa görə məsul deyil” – deyə, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Uotson bildirib.

Uotson X sosial şəbəkəsində qeyd edib ki, qiymətləndirmə havadan görüntülər, əldə etdiyi məlumatlar və açıq mənbələrdən olan məlumatlar əsasənda ABŞ-ın təhlilləri əsasında aparılıb. Sözçü əlavə edib ki, ABŞ məlumatların toplanmasına davam edir.

HƏMAS Qəzza şəhərinin Əl-Əhli Ərəb xəstəxanasında baş verən partlayışa görə İsraili günahlandıraraq, bunu "cinayətkar düşmənin faşist və terrorçu hökumətinin çirkin simasını bir daha ortaya qoyan soyqırım cinayəti" adlandırıb.

Açıqlamada deyilib ki, yüzlərlə itki var və onların əksəriyyəti köçkün ailələr, xəstələr, uşaqlar və qadınlardır. Fələstin rəsmiləri 500-ə yaxın insanın öldüyünü bildirib.

İsrail Müdafiə Qüvvələri xəstəxanaya hücumda əli olduğunu inkar edib və Fələstinin yarı-hərbi İslami Cihad qruplaşması tərəfindən səhv atılan raketin xəstəxana ərazisinə düşdüyünü bildirib. Militant qrup bu ittihamı qəbul etməyib.

İsrail ordusunun sözçüsü, kontr-admiral Daniel Haqari çərşənbə günü jurnalistlərə deyib ki, İsrailin hava hücumunun binalara və ya hansısa struktura ziyan vurduğunu təsdiq edən hüç bir dəlil yoxdur. O, həmçinin HƏMAS-ı itkilərin sayını artırmaqda ittiham edib.

Təl-Əvivdən sonra Baydenin səfərinin İordaniyaya, Əmmanda davam etməsi planlaşdırılırdı. Lakin Qəzzadakı xəstəxanaya hücumdan sonra İsraillə qonşu olan ölkələrin liderləri - İordaniya kralı Abdulla və Misir prezidenti Əbdül-Fəth Əs-Sissi Bayden və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla zirvə görüşündə iştirak etməkdən imtina etdiklərinə görə, səfər ləğv edilib.

Forum

XS
SM
MD
LG