Accessibility links

Bayden çıxışında Trampı hədəf alaraq, demokratiyanı “müqəddəs” adlandırıb


ABŞ Prezidenti Co Bayden və birinci ledi Cill Bayden Valli Forc, Pensilvaniya yaxınlığında insanları qarşılayır. 5 yanvar, 2024.
ABŞ Prezidenti Co Bayden və birinci ledi Cill Bayden Valli Forc, Pensilvaniya yaxınlığında insanları qarşılayır. 5 yanvar, 2024.

Keçmiş ABŞ prezidenti Donald Trampın Amerika demokratiyası üçün yaratdığı təhlükəyə böyük diqqət yetirən ABŞ Prezidenti Co Bayden seçki kampaniyasına ölkənin demokratik sisteminin müdafiəsini 2024-cü il seçki yarışının və potensial ikinci prezidentlik müddətinin mərkəzi mövzusuna çevirməyi vəd edərək başlayıb.

“Demokatiya hələ də müqəddəs bir məsələdir və dünyada dünyanı idarə etmək üçün Amerikadan daha yaxşı mövqedə olan heç bir ölkə yoxdur,”deyə Bayden cümə günü Amerikanın ingilislərə qarşı müstəqillik müharibəsində tarixi əhəmiyyəti olan bir yer olan Pensilvaniya ştatının Valli Forc şəhərində çıxışında bildirib.

Noyabr ayında keçiriləcək prezident seçkisində mümkün rəqibi olacaq Trampa qarşı ən kəskin hücumuna başlayan Bayden 2024-cü ilin ilk seçki kampaniyası nitqini söyləmək üçün ABŞ Kapitoluna hücumun üçüncü ildönümünü seçib. Tədbir əvvəlcə şənbə gününə planlaşdırılsa da, hava ilə bağlı narahatlıqlar səbəbindən təxirə salınıb. 900-dən çox insan günahını etiraf edib və ya mühakimə olunub.

​Trampın minlərlə tərəfdarı 2021-ci ilin yanvarın 6-da Kapitoliyə basqın edərək Konqrsin Baydenin seçkidəki qələbəsini təsdiq etməsinin qarşısını almağa çalışıblar. Federal Təhqiqat Bürosunun məlumatına görə, 1240 nəfər zorakılıqda iştirakı ilə bağlı cinayətlərdə, o cümlədən 452 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarına basqın etməkdə ittiham olunub.

Tramp üsyanda iştirak edən insanları “vətənpərvərlər,” həbs cəzası çəkənləri isə “girovlar” adlandırıb və yenidən seçildiyi təqdirdə onları əfv etməyə söz verib.

Bayden kampaniyasının yeni mərhələsi

Baydenin Trampa hücum etdiyi müraciəti, Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək səylərini vurğulayan seçki kampaniyasının yeni mərhələsini qeyd edir.

“Tramp Amerika prezidentinin etməli olduğu şeyi etməyəcək. O, siyasi zorakılığı pisləməyi rədd edir,” Bayden deyib. “Odur ki, məni aydın eşidin, mən Donald Trampın söyləməyəcəyini deyəcəm – siyasi zorakılıq heç vaxt Birləşmiş Ştatların siyasi sistemi üçün qəbuledilməz deyil.”

“Siz qiyamçı və Amerika tərəfdarı ola bilməzsiniz" deyən Bayden, Trampın yenidən seçiləcəyi təqdirdə demokratiyaya hücumunun davam edəcəyi barədə xəbərdarlıq edib. “Trampın demokratiyaya hücumu təkcə onun keçmişinin bir hissəsi deyil. Bu, onun gələcək üçün vəd etdiyi şeydir. O, açıq olub. Gizlətmir,” o deyib.

Trampın kampaniyası Baydeninin çıxışına məhəl qoymayıb.

"Bugünkü açıqlamalar sadəcə olaraq onu göstərir ki, Bayden diqəqti ABŞ tarixində ən pis inflyasiyaya sahib olması, bizi III Dünya Müharibəsinin astanasına qoyması və cənub sərhədin son üç il ərzində onun rəhbərliyi altında çökməsinə tamamilə icazə verdiyi faktından yayındırmaqda israr edəcək,” Trump kampaniyasının baş məsləhətçisi Lin Patton deyib.

“Amerika xalqı ağıllıdır,” o, Amerikanın Səsinə bildrib. “Onlar buna inanmayacaqlar.”

Forum

XS
SM
MD
LG