Accessibility links

Bayden İsveç və Finlandiyanın NATO-ya üzvlüyə müraciətini dəstəkləyib


Bayden İsveç və Finlandiyanın NATO-ya üzvlüyə müraciətini dəstəkləyib
please wait

No media source currently available

0:00 0:04:01 0:00

Bayden İsveç və Finlandiyanın NATO-ya üzvlüyə müraciətini dəstəkləyib

Prezident Co Bayden Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün rəsmən müraciət etməsinə dəstəyini və Skandinaviyanın bu iki ölkəsinin tezliklə Şimali Atlantik alyansın üzvü olacaqlarına ümid bəslədiyini bildirib. ABŞ prezidenti Finlandiyanın prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Anderssenlə Vaşinqtonda görüş keçirərək, NATO və Avropanın təhlükəsizliyi məsələlərini müzakirə edib.

Prezident Co Bayden Ağ Evdə İsveç və Finlandiya liderləri ilə görüş zamanı deyib ki, NATO üzvlərinin iki ölkəni tez bir zamanda alyansa qəbul etmək üçün bir çox səbəbləri var.

“İsveç və Finlandiyanın güclü demokratik institutları, güclü hərbi qüvvələri, güclü və şəffaf iqtisadiyyatları və nəyin doğru olduğuna dair güclü mənəvi duyğu var. Onlar NATO-nun bütün və bəzi digər tələblərini yerinə yetirirlər”, ABŞ prezidenti bildirib.

İsveçin baş naziri Maqdalena Andersson ölkəsinin İkinci Dünya Müharibəsindən sonra sovet təcavüzünə qarşı mübarizə məqsədilə yaradılmış 30 üzvdən ibarət müdafiə alyansına böyük töhfə verdiyini bildirib.

“Bizim demokratiya və azadlığa dair ümumi dəyərlərimiz və inamımız. İndi sınaqdan keçən dəyərlər və inam. Bu gün Ukraynada vəziyyət bizə Avropa tarixinin ən qaranlıq günlərini xatırladır. Yaxın dostlar arasında olmaq çox gözəldir”, Maqdalena Andersson deyib.

Lakin bəzi təhlilçilər bu addımın Rusiyanı daha da təhrik edə biləcəyini bildirir.

“Mən NATO-nun Finlandiya və İsveçi əlavə edərək genişlənməsinin təxribat xarakterli olmasından narahatam. Mən narahatam ki, onların alyansda olmasının dəyəri ilə bağlı kimin hansısa fikirdə olmasından asılı olmayaraq, narahatam və hazırda bu məsələ ilə məşğul olmağın ağlabatan olduğuna əmin deyiləm. Əslində, hesab edirəm ki, bu, müəyyən dərəcədə strateji təmkinin az olduğundan xəbər verir”, Brookings İnstitutunun təhlilçisi Melani Sisson bildirib.

Rusiya prezidenti Vladimir Putin NATO-nun şərqə doğru genişlənməsini Rusiya üçün təhlükə kimi qiymətləndirib və fevralda hərbi müdaxilə qərarının səbəbi kimi Ukraynanın alyansa qoşulmaq istəyini göstərib.

“NATO-nun genişlənməsi - bu, tamamilə süni şəkildə yaradılan problemdir, çünki bu, ABŞ-ın xarici siyasət maraqlarına uyğun həyata keçirilir. Ümumilikdə, NATO bir ölkənin xarici siyasət alətinə çevrilib”, Vladimir Putin deyib.

Bayden Konqresin müraciətləri çox güman ki, təsdiq edəcəyini deyib.

Lakin NATO üzvü olan Türkiyə buna qarşı çıxır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üzvlüyə müraciət edən ölkələri “terrorçulara” sığınacaq verməkdə və Türkiyəyə qarşı sanksiyalar tətbiq etməkdə ittiham edir.

Finlandiya prezidenti hökumətinin Ankara ilə əlaqə saxladığını bildirib.

“NATO müttəfiqləri olaraq biz Türkiyənin təhlükəsizliyinə Türkiyənin bizim təhlükəsizliyimizə sadiq qaldığı kimi sadiq qalırıq. Biz terrorizmə ciddi yanaşırıq. Biz terrorizmin bütün formalarını pisləyir və ona qarşı aktiv mübarizə aparırıq”, Sauli Niinistö bildirib.

ABŞ-ın NATO-dakı keçmiş səfiri Amerikanın Səsinə deyib ki, NATO tezliklə üzvlük haqda daha çox müraciət ala bilər.

“Əgər demokratik, Avropa İttifaqının üzvləri olan, güclü hərbi qüvvələrə malik Finlandiya və İsveç NATO-dan kənarda olmağın təhlükəsiz olduğunu düşünmürlərsə, o zaman açıq şəkildə bu günə qədər kənarda qalan - Ukrayna, Gürcüstan, Moldova, bəzi Balkan ölkələri NATO olmadan özlərini təhlükəsiz hesab etməyə bilərlər. Beləliklə, bu tələbat artacaq”, ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker bildirib.

Bayden cümə axşamı günü prezidentliyi dövründə ilk dəfə olaraq Asiya ölkələrinə səfər çıxıb. O, ABŞ-ın müttəfiqləri olan Cənubi Koreya və Yaponiyaya səfər edəcək və Dördlük ölkələrinin liderlərinin sammitində iştirak edəcək. Görüşlər zamanı Ukraynada vəziyyətlə bağlı da uzun müzakirələrin aparılacağı gözlənilir.

XS
SM
MD
LG