Accessibility links

Bayden və Stoltenberq Varşavada Buxarest Doqquzluğu liderləri ilə görüşüb


ABŞ Prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü Varşavada NATO-nun şərq cihanında Bolqarıstan, Çex Respublikası, Estoniya, Macarıstan, Litva, Latviya, Polşa, Rumıniya və Slovakiyanın daxil olduğu Buxarest Doqquzluğunun (B-9) sammitində iştirak edib.

Qrup 2015-ci ildə Rumıniya prezidenti Klaus İonahhis və Polşa prezidenti Andjey Dudanın başlatdığı bir təşəbbüsdür. Onun məqsədi alyansın Baltik və Qara dənizlər arasında təhlükəsizliyin və sabitliyin yaxşılaşdırılması məqsədlərini dəstəkləmək üçün NATO-nun ən yeni üzvləri arasında əməkdaşlığı genişləndirməkdir.

Baydenin ABŞ-ın Soyuq Müharibə dövründə Rusiyanın təsir dairəsi altında olduqdan sonra hərbi ittifaqa qoşulan və indi Moskvanın ekspansionist ambisiyalarından narahat olan B-9 qrupunun üzvlərinin təhlükəsizliyi ilə bağlı öhdəliklərini təsdiqləyib.

Görüşdən öncə Milli Təhlükəsizlik Şurasının sözçüsü Amerikanın Səsinə bildirib ki, ABŞ prezidenti “NATO-nun Ukraynanın müdafiə etmək üçün mübarizə apardığı azadlıq və demokratiyaya müştərək öhdəliyi və şərq cinahındakı bir çox müttəfiqlərimizin təmin etdiyi kritik liderlik barədə danışmağı səbirsizliklə gözləyir,”.

Bolqarıstan və Macarıstan istisna olmaqla, B-9 üzvləri indi artıq Ukraynaya hərbi yardımın ən böyük tərəfdarları arasındadır və Rusiyaya müqavimət göstərirlər.

Moskva ilə əlaqələrini davam etdirəcəyinə söz verən Macarıstan baş naziri Viktor Orban görüşdə iştirak etməyib və onu prezident Katalin Novak təmsil edib. Bolqarıstan prezidentliyini icra edən Rumen Radev isə hökumətinin müharibə əleyhinə mövqeyini gücləndirərək, Qərbin Ukraynanı silahlarla gücləndirmək səylərinə qarşı çıxır.

Ukrayna ilə bağlı bəzi fikir ayrılıqlarına baxmayaraq, B-9 liderlərinin iyulun 11 və 12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammiti üçün ortaq mövqe ortaya qoymağa zəmin hazırlayacağı gözlənilir.

Bayden çərşənbə axşamı Polşanın paytaxtı Varşavada etdiyi çıxışında NATO-nun Ukraynaya Rusiyanın işğalının qarşısını almaqda kömək etmək üçün bir ildir davam etdirdiyi səylərini müdafiə edib və bu səylərin dayanmayacağına söz verib.

“Bir il öncə dünya Kyivin süqutuna hazırlaşırdı,” Bayden Polşanın Kral Qalası kompleksi önündə toplaşan on mindən çox polşalıya deyib. “Mən indicə Kyivdən səfərdən gəlmişəm və deyə bilərəm ki, Kyiv güclüdür. Ən əsası isə o, azaddır.”

XS
SM
MD
LG