İsrail qüvvələri həftəsonu ABŞ vətəndaşı olan 23 yaşlı israilli Herş Qoldberq-Polinin cəsədi də daxil olmaqla, altı girovun cəsədini aşkar etdikdən sonra Bayden Ağ Evdə jurnalistlərlə görüşüb.
Girovların taleyini yaxından izləyən ABŞ prezidenti Co Bayden daha çox girovun ölü tapılmasıdan “sarsıldığını və qəzəbləndiyini” bildirib.
“HƏMAS liderləri bu cinayətlərin bədəlini ödəyəcəklər. Və biz qalan girovların azad edilməsini təmin edəcək razılığın əldə edilməsi üçün gecə-gündüz işləməyə davam edəcəyik”, o, bəyanatında bildirib.
İsrail əsgərləri cəsədləri Qəzza tunelində tapıb və onların dediyinə görə, həmin girovlar HƏMAS qruplaşmasının fələstinli militantları tərəfindən az əvvəl öldürülüb.
Bu, Bayden administrasiyasının Qəzzada atəşkəs strategiyasının tənqidinə səbəb olub və qalan girovları evlərinə qaytarmaq üçün israillilərin Netanyahuya təzyiqini artırıb.
Prezidenti Bayden Netanyahunu girovlarla bağlı vəziyyəti idarə etdiyinə və atəşkəs danışıqlarında vəziyyətə görə tənqid edib.
Bayden Netanyahunun girovlarla bağlı razılaşmanı təmin etmək üçün kifayət qədər iş gördüyünü düşünüb-düşünmədiyi soruşulduqda təfərrüatlara varmadan, "Xeyr" deyib.
Girovlarla bağlı yekun razılaşmasının bu həftə hər iki tərəfə təqdim etməyi planlaşdırıb-planlaşdırmadığı sualına Bayden "Biz buna çox yaxınıq" deyə, cavab verib.
Bayden və vitse-prezident Kamala Harrisin bazar ertəsi ABŞ-ın girovlarla bağlı danışıqlar qrupu ilə görüşməsi və onlarla qalan əsirlərin azad edilməsi üçün razılığın əldə edilməsi səylərini müzakirə etməsi planlaşdırılıb.
ABŞ HƏMAS və İsrail arasında atəşkəs əldə etməyə vasitəçilik etməyə çalışır.
HƏMAS militantlarının oktyabrın 7-də İsrailə hücumu zamanı 1200-ə yaxın insan öldürülüb, 250-yə yaxın insan girov götürülüb. Qəzza səhiyyə rəsmilərinin məlumatına görə, İsrailin Qəzzada əks-hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 41 min fələstinlini öldürülüb. İsrail hərbi qüvvələri isə ölənlərin sayına bir neçə min HƏMAS militantının daxil olduğunu bildirir.
Forum