Accessibility links

Dünya iderləri Baydenin seçkidən çəkilmə qərarına reaksiya verməkdədir


Dünya liderləri bazar günü ABŞ prezidenti Co Baydenin keçmiş prezident Donald Trampa qarşı 2024-cü ildə yenidən seçilmək iddiasına son verdiyi və vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyi barədə açıqlamasına reaksiya verib. Bəziləri bunu dövlət xadiminə yaraşan bir qərar kimi qiymətləndirib.

Dövlət Departamenti dövlət katibi Antoni Blinkenin həmkarları ilə Baydenin qərarına dair şəxsi diplomatik müzakirələri ilə bağlı şərh etməkdən imtina edib. Blinken əvvəllər Twitter kimi tanınan X-də son 22 il ərzində Bayden üçün çalışdığını və növbəti altı ay ərzində Baydenlə ABŞ liderliyini möhkəmləndirməyə davam edəcəyini yazıb.

Baydenin noyabr ayında təkrar seçki kampaniyasından çəkilmək qərarına dünyanın müxtəlif yerlərindən reaksiyalar var:

Avstraliya

Avstraliyanın baş naziri Entoni Albanese X-də yazıb: "Liderliyinizə və davamlı xidmətinizə görə təşəkkür edirəm, Prezident Bayden. Demokratik dəyərlərə, beynəlxalq təhlükəsizliyə, iqtisadi tərəqqiyə və bu və gələcək üçün iqlim fəaliyyətinə ortaq öhdəliyimiz əsasında qurulan Avstraliya-ABŞ ittifaqı heç vaxt bu qədər güclü olmayıb."

Britaniya

Britaniyanın Baş naziri Ser Keyr Starmer X-də Baydenin qərarına hörmətlə yanaşdığını və prezidentliyinin qalan dövründə birlikdə işləməyi səbirsizliklə gözlədiyini yazıb.

"Mən bilirəm ki, o, bütün görkəmli karyerası boyunca etdiyi kimi, qərarını Amerika xalqı üçün ən yaxşı qərar olduğuna inandığına əsaslanaraq verəcək."

Kanada

Kanadanın Baş naziri Castin Trüdo X-də bunları yazıb: "Mən prezident Baydeni illərdir tanıyıram. O, böyük insandır və etdiyi hər şey ölkəsinə olan sevgisindən qaynaqlanır. Prezident kimi o, kanadalıların tərəfdaşı və əsl dostudur. Prezident Baydenə və birinci xanıma təşəkkür edirəm."

Çex Respublikası

Çex Respublikasının Baş naziri Pitr Fiala Baydenin "şübhəsiz ki, onilliklər ərzində ölkəsinə xidmət etmiş dövlət xadiminin qərarı" olduğunu bildirib.

Almaniya

Almaniya kansleri Olaf Şholtz X səhifəsində və Baydeni tərifləyərək, "ölkəsi, Avropa və dünya üçün çox şey əldə etdiyini" yazıb.

"Onun sayəsində Trans-Atlantik əməkdaşlıq möhkəm, NATO güclü, ABŞ bizim üçün yaxşı və etibarlı tərəfdaşdır. Onun yenidən namizəd olmamaq qərarına hörmətlə yanaşılmalıdır."

İrlandiya

X-də verdiyi açıqlamasında İrlandiyanın Baş naziri Saymon Harris Baydeni "qlobal liderliyinə" görə tərifləyib.

"Co Bayden tutduğu bütün vəzifələrdə həmişə sarsılmaz və İrlandiya adasında sülhün ehtiraslı müdafiəçisi olub və buna görə ölkəmiz ona borcludur."

İsrail

İsrail prezidenti İsaak Hersoq Baydenə onilliklər boyu davam edən karyerası boyunca "İsrail xalqına verdiyi davamlı dəstəyə" görə minnətdarlığını bildirib.

"Müharibə zamanı İsrailə səfər edən ilk ABŞ prezidenti, İsrail Prezidenti tərəfindən Şərəf Medalı ilə təltif edilmiş şəxs və yəhudi xalqının əsl müttəfiqi kimi o, iki xalqımız arasında qırılmaz bağın simvoludur" - deyə, Hersoq X-də yazıb.

Yeni Zelandiya

Yeni Zelandiyanın Baş naziri Kristofer Lukson prezident Baydenə ABŞ və Yeni Zelandiya arasında möhkəm əlaqələri daha da gücləndirmək üçün göstərdiyi əzmkarlığa görə təşəkkür edib. Luxon X-də prezidentliyinin qalan hissəsi boyunca Baydenlə əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini yazıb.

Polşa

Polşanın Baş naziri Donald Tusk X-də Baydenin dəfələrlə Polşanı, Amerikanı və bütün dünyanı daha təhlükəsiz edən, demokratiya və azadlığı gücləndirən çətin qərarlar verdiyini yazıb.

Rusiya

Kreml bazar günü Baydenin yenidən seçilməklə bağlı iddiasına son qoymaq qərarından sonra baş verənləri diqqətlə izlədiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Ukraynadakı müharibəni nəzərdə tutaraq, Rusiya xəbər agentliyinə "Seçkilərə hələ dörd ay qalıb və bu, çox şeyin dəyişə biləcəyi uzun müddətdir. Səbirli olmalı və baş verənləri diqqətlə izləməliyik. Bizim üçün prioritet xüsusi hərbi əməliyyatdır" deyib.

İspaniya

İspaniyanın Baş naziri Pedro Sançes Baydenin verdiyi "cəsur və ləyaqətli qərara heyran olduğunu və hörmətlə yanaşdığını" bəyan edib.

Ukrayna

Ukrayna prezidenti Volodimir Zelenski Baydenin qərarını "sərt, lakin güclü" qərar adlandırıb.

X-ğ səhifəsində Zelenski bunları yazıb: "Biz Prezident Baydenə liderliyinə görə həmişə minnətdar olacağıq. O, tarixin ən dramatik anında ölkəmizi dəstəklədi, Putinin ölkəmizə hərbi müdaxiləsinin qarşısını almaqda bizə yardım etdi və bu dəhşətli müharibə boyu bizə dəstək oldu. Ukraynada və bütün Avropada hazırkı vəziyyət o qədər də asan deyil və biz ümid edirik ki, Amerikanın güclü rəhbərliyi Rusiya şərinin uğur qazanmasına və ya təcavüzünün bəhrəsini verməsinə mane olacaq."

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG