Accessibility links

Bayden Qəzzada müharibəni cilovlamaq üçün böyük çətinliklə üzləşir


ABŞ Prezidenti Co Bayden. Tel-Əviv. İsrail. 18 oktyabr, 2023.
ABŞ Prezidenti Co Bayden. Tel-Əviv. İsrail. 18 oktyabr, 2023.

İsrail-HƏMAS müharibəsinə qədər Prezident Co Baydenin Yaxın Şərq siyasətində məqsəd İsraili ərəb qonşuları ilə inteqrasiya etmək və İranın nüvə ambisiyalarını cilovlamaq idi. O, münaqişənin Livan, Yəmən və Suriyada İranın dəstəklədiyi döyüşçülərin iştirak etdiyi regional müharibəyə çevrilməməsinə diqqət yetirdiyi üçün bu məqsədlərin hər ikisi indi təhlükə altında ola bilər.

Cümə günü müxbirlərə məlumat verən yüksək vəzifəli administrasiya rəsmisi deyib ki, Bayden münaqişə başlayandan bəri İsrail Baş naziri Benyamin Netanyahu ilə doqquz dəfə danışıb. Rəsmi deyib ki, Bayden bölgədəki liderlərlə, o cümlədən İordaniya, Misir və Səudiyyə Ərəbistanın liderləri ilə danışıb, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə “demək olar hər gün” regiondakı tərəfdaşlarla əlaqə saxlayıb.

Ərəb ölkələrinin paytaxtlarında İsrail əleyhinə nümayişlər keçirildiyi bir vaxtda ABŞ rəsmiləri Qəzzada fələstinli mülki vətəndaşlara humanitar yardımın verilməsinin müharibəni cilovlamağına əsas parçası olduğuna inanır.

Cümə və şənbə günləri Baydenin baş diplomatı, dövlət katibi Antoni Blinken bir aydan qısa bir müddətdə ikinci dəfə regiona səfər edərək Qəzza zolağına əlavə yardımın çatıdırılmasına və mülki vətəndaşların evakuasiyasına icazə vermək üçün humanitar fasiləyə çağırış edib.

“Biz fələstinli mülki vətəndaşları qorumaq üçün daha çox iş görməliyik,” Bayden Tel Əvivdə bəyan edib.

Ancaq Netanyahu minlərlə fələstinli miqrant işçisinin Qəzzaya geri getməsinə göstəriş verib və bildirib ki, İsrail nə əraziyə yanacağın getməsinə icazə verəcək nə də döyüşlərə girovların sərbəst buraxılmasını əhatə etməyəcək müvəqqəti fasiləyə razılaşmayacaq. HƏMAS oktyabrən 7-də İsrailə hücumu zamanı 200-dən çox insanı ələ keçirib, ən azı 1400 nəfəri öldürüb.

Blinken şənbə günü İordaniyanın paytaxtı Əmmanda ərəb həmkarları ilə görüşdə əks tələblərlə qarşılanacaq. Vaşinqtonun ərəb tərəfdaşları İsrailin HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına əsasən 9000-dən çox fələstinlini öldürdüyü Qəzzada daha uzun atəşkəsə çağırırlar.

Müşahidəçilər deyir ki, hətta ABŞ qısa müddətdə diplomatik qarşıdurmadan çıxa bilsə belə, siyasi üfüqə diqqət yetirməlidir - müharibədən sonra Qəzzanı kimin idarə edəcəyi və iki dövlət həllinə necə nail olacağı ilə bağlı qərarların əsasını qoymalıdır.

Münaqişəni cilovlamaq

Blinken deyib ki, Birləşmiş Ştatlar “bu münaqişədə ikinci və ya üçüncü cəbhənin açılmamasında qərarlıdır”. O, çəkindirici amil olaraq bölgəyə hərbi texnika yerləşdirib.

İsrailin Livanla şimal sərhədində güclü yarı-hərbi dəstə və HƏMAS-ın müttəfiqi olan Hizbullah İsrail əsgərləri ilə sərhədlərarası döyüşlərdə iştirak edir. Cümə günü Hizbullahın baş katibi Həsən Nəsrullah yarı-hərbi dəstənin münaqişəyə tam şəkildə daxil olacağını deməsə də, ABŞ-a xəbərdarlıq edib ki, İsrail Qəzzaya hücumunu dayandırmasa, münaqişə daha da genişlənə bilər.

Yəminin Husi üsyançıları çərşənbə axşamı İsraili hədəf alan raket və dron hücumlarına görə məsuliyyəti üzərinə alıb. Bundan öncə isə ABŞ-ın Qırmızı dənizdəki gəmiləri ötən ay qrupun hücumlarının qarşısını alıb.

Amerikanın İraq və Suriyada qoşunları da İranın müttəfiqi olan qruplar tərəfindən hücumlara məruz qalıb ki, bu da ABŞ-ın regiondakı başqa bazalarına hücumlarla bağlı narahatlıqlara səbəb olub.

Bundan əlavə İordan çayının qərb sahilində də zorakılıq artır. Belə ki, orada İsrail əsgərləri ilə silahlı israilli köçkünlər arasında döyüşlərdə 100-dən çox fələstinli öldürülüb.

Stimson Mərkəzinin əməkdaşı Barbara Slavin deyib ki, İsrailin Qəzzaya hücumu nə qədər uzun davam edərsə, bölgədə daha çox militantlıq yaranarsa, səhv hesablama riski bir o qədər yüksək olar və müharibənin qarşısını almaq bir o qədər çətin olar.

“Ərəbləri ictimai rəyi [Qəzzada] bu dəhşətli mənzərələr səbəbilə alovlanıb”, o Amerikanın Səsinə deyib. Hətta bu yaxınlarda İsraillə münasibətləri normallaşdıran ölkələr, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş də bu əlaqələri kəsmək üçün artan ictimai təzyiq altındadır.”

Bayden İran və onun proksilərinə münaqişəni eskalasiya etməməklə bağlı dəfələrlə xəbərdarlıq edib. İran rəsmiləri də müharibəni genişləndirmək istəmədiklərini bəyan ediblər.

İran “müharibənin astanasında olmağı sevir, amma o astananı keçmədən,” Bar-İlan Universitetinin Yaxın Şərq Tədqiqatları üzrə baş müəllimi Elişeva Maçlis deyib. O, Amerikanın Səsinə deyib ki, İran çox güman ki, öz proksilərinə müharibədə yeni cəbhə yaratmamalarını, amma İsrail ordusunun diqqətini Qəzzadan yayındıracaq qədər problemlem yaratmalarına göstəriş verib.

Yanlış hesablama potensialı ilə, Tehranın birbaşa işə qarışmaq istəmədiyi halda belə, bu strategiya əks nəticə verə bilər.

Forum

XS
SM
MD
LG