Accessibility links

Co Bayden: Təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığı təşviq etmək üçün Azərbaycanla birgə işləyəcəyik


Co Bayden və İlham Əliyev
Co Bayden və İlham Əliyev

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Novruz bayramı münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident, Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır.

Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik.

Birləşmiş Ştatlar hökuməti adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm,” təbrikdə deyilir.

XS
SM
MD
LG