Gənc müğənni Castin Biber vətəni Kanadada cinayətdə təqsirli bilinib.
Müğənni Toronto şəhərində limuzin sürücüsünə güc tətbiq etməkdə ittiham edilir. Beləliklə gənc ulduzun hüquq müdafiə orqanları ilə qalmaqalı davam edir.
19 yaşlı kanadalı Toronto polis məntəqəsində polisə təslim olub.
Biberin vəkili daha sonra müxbirlərə onun martın 10-da Toronto məhkəməsində günahsız olduğunu etiraf edəcəyini bildirib.
Dekabrın 30-da bir neçə başqa adamla bərabər limuzinə minərkən Biber sürücünün başına bir neçə dəfə zərbə endirməkdə günahlandırılır.
Bundan bir qədər əvvəl Biber Birləşmiş Ştatların Florida ştatında spirtli içki və narkotik maddədən istifadə, polisə müqavimət göstərmək və vaxtı keçmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə etməkdə təqsirli bilinib.