Accessibility links

Beynəlxalq reytinqi aşağı Azərbaycan universitetlərində təhsil niyə bahadır?


Qarşıdan ali məktəblərə qəbul imtahanları gəlir, valideynlərin bir qisminin isə təhsil haqqını necə ödəmək qayğısı var.

Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Rüfət Quliyev AzadlıqRadiosuna deyir ki, pulsuz təhsil alanların sayını artırmaq üçün dövlət hesabına təhsil yerləri artırıla bilər, amma ki, bunun üçün dövlət hesabına mövcud olan yerlərə dövlətin gerçəkdən ehtiyacı olub-olmadığını araşdırmaq lazımdır:

“Bizə hüquqşünas, beynəlxalq əlaqələrdən daha çox kənd təsərrüfatı üzrə ixtisaslar lazımdır. Dövlət hesabına təhsil artırıla bilər, bir şərtlə ki, bu ixtisaslar bizə lazım olmalıdır”.

Rüfət Quliyev deyir ki, Nazirlər Kabineti əmək bazarının ehtiyacını yeni metodlarla öyrənməlidir.

Hazırda Azərbaycanda dövlət hesabına təhsil ümumilikdə ali təhsilə plan yerlərinin təqribən yarısını təşkil edir.

Rəsmi statistikaya görə, Azərbaycanda ali təhsil alanların sayı əhalinin təqribən 15 faizidir. ABŞ-ın Cohn Hopkins Universitetinin 2010-cu il üzrə araşdırmasına görə, cəmiyyətin təhsilli sayılması üçün bu rəqəm 50 faiz civarında olmalıdır.

Azərbaycanda ilə 1000-6000, Türkiyədə bəzən 150-200 manat

Prezident İlham Əliyevin sərəncamı ilə iyunun 17-də Təhsil Krediti Fondu yaradılıb. Nazirlər Kabineti Fondun çalışması qaydasını bir ay ərzində hazır etməlidir.

Amma Təhsil Xidmətləri Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, bu da ali təhsilə çıxış imkanı problemini tam həll edə bilməyəcək:

“Kredit Fondundan alınan kreditlər necə qaytarılacaq? Məzunların cəmi 42 faizi iş tapa bilir. Əsas məsələ kreditləri necə qaytarmaq məsələsidir”.

Kamran Əsədov təklif edir ki, əgər dövlət tam olaraq pulsuz ali təhsilə keçə bilmirsə, onda heç olmasa, təhsil haqlarını aşağı salsın.

Onun sözlərinə görə, Azərbaycanda təhsil haqqı illik 1000-6000 manat arasında dəyişir, amma universitetlər beynəlxalq reytinqlərdə çox aşağı yerdədirlər. Halbuki, Türkiyədə xarici ölkə vətəndaşları üçün bəzi universitetlərdə təhsil haqqı illik 150-200 manatdır.

Kamran Əsədov deyir ki, problem ondadır ki, Azərbaycan universitetlərinin yeganə gəlir yeri təhsil haqqıdır və onlar dövlət büdcəsinə yükdürlər.

Universitet özü pul qazanmalıdır

Avropanın bir çox ölkələrində dövlət dilində ali təhsil əsasən pulsuzdur. Bir sıra beynəlxalq layihələrdə ali təhsil üzrə məsləhətçi Vəfa Qasımova bildirir ki, Avropada artıq universitetlərin əsas gəlir yeri təhsil haqları deyil, universitetlər xidmət göstərib vəsait əldə edirlər:

“Bir çox universitetlərdə tədris yeganə xidmət deyil, hətta arxa plana keçib. İndi universitetlər daha çox araşdırmalar aparmaq, ixtiralar etmək və bunu bazara çıxarmağa fokuslanıblar. Dövlət universitetləri özəl müəssisələrlə, fondlarla əməkdaşlıq edirlər”.

Təhsil Xidmətləri Araşdırmaları Mərkəzinin məlumatına görə son beş ildə 70 min tələbə təhsilini yarımçıq qoyub, onların bir qisminin səbəbi təhsil haqqı olub.

Azərbaycanda keçən ildən bəri dövlət məktəblərində 50 faiz təhsil pulsuzdur, iki il əvvələ qədər bu rəqəm 30 faiz idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG