Azərbaycan üçün Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) Article 19 təşkilatının təşəbbüsü ilə yeni veb səhifəni www.azerbaijanfreeXpression.org-u, eləcə də Facebook və Twitter profillərini açıqlayıb.
Qrupun Amerikanın Səsinə göndərdiyi bəyanatında deyilir ki, 57-ci Eurovision mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə Azərbaycan rəsmiləri öz imicini müsbət göstərməyə çalışsa da, onlar ölkədə ifadə və digər fundamental azadlıqları ciddi şəkildə məhdudlaşdırır.
"Eurovision yaxınlaşdığl bir vaxt bizim veb səhifə Azərbaycanda ifadə azadlığının pisləşməyə davam etdiyini göstərir" - deyə Article 19-un icraçı direktoru Agnes Callamard bildirib.