Accessibility links

Beynəlxalq Bankla bağlı cinayət işi yekunlaşma mərhələsindədir


Azərbaycan Beynəlxalq Bankından külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə Baş İdarədə başlanılmış cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin rəhbərliyinin nəzarəti altında davam etdirilir, vurulmuş maddi ziyanın ödətdirilməsi istiqamətində bütün mümkün tədbirlər görülür. Hazırda cinayət işinin ibtidai istintaqının yekunlaşma mərhələsində olmasına baxmayaraq, əlavə cinayət faktlarının aşkar olunması, eləcə də bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri gündəlik nəzarətdə saxlanılır.

Bu barədə yanvarın 14-də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində daxili işlər naziri Ramil Usubovun iştirakı ilə keçirilən 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov deyib ki, hazırda cinayət işinin ibtidai istintaqının yekunlaşma mərhələsində olmasına baxmayaraq, əlavə cinayət faktlarının aşkar olunması, eləcə də bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri gündəlik nəzarətdə saxlanılır.

Müşavirədə Beynəlxalq Bankdan götürülümüş problemli kreditlərin və mənimsəmənin miqdarı barədə məlumat verilməyib.

Qeyri-rəsmi məlumatlara görə, Beynəlxalq Bankdan götürülmüş problemli kreditlərin məbləği bir neçə milyard dollar hesablanır. Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev də daxil olmaqla çoxsaylı insan həbs edilib.

XS
SM
MD
LG