Dünyada tanınmış hüquq-müdafiə təşkilatlarının beynəlxalq koalisiyası Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı “görünməmiş repressiya dalğası” başlamasının ildönümü ilə bağlı bigə bəyanatla çıxış ediblər.
Azərbaycan hökumətinin görünməmiş repressiyalara və insan haqlarını pozmasına başlamasından bir il keçsə də ölkədə vəziyyət hələ də pisləşməkdə davam edir.
“Azərbaycan hökumətinin görünməmiş repressiyalara və insan haqlarını pozmasına başlamasından bir il keçsə də ölkədə vəziyyət hələ də pisləşməkdə davam edir. “İdman-hüquq uğrunda” koalisiyası beynəlxalq ictimiayyəti Azərbaycan hakimiyyətini pisləməyə və ölkənin vətəndaş cəmiyyətini dəstəkləmək üçün konkret tədbirlər qəbul etməyə çağırır.
Bəyanatda hüquq müdafiəçisi Leyla Yunus, həyat yoldaşı Arif Yunusun, İntiqam Əliyevin, Rəsul Cəfərovun, Emin Hüseynovun, Xədicə İsmayılın və başqalarının təqib və həbslərilə başlanan qalmaqallı işlər sadalanır.
Bir çox başqa hüquq müdafiəşiləri və jurnalistlərin təhkəsizliklərini qoruya bilmələri üçün Azərbaycanı tərk etməyə məcbur olduqları qeyd edilir.
“Beynəlxalq ictimaiyyət öz diqqətini qovulması mümkünlüyü hələ də gözlənilən cəsarətli, müstəqil düşüncəli insanlar üçün təhlükəli yer olan Azərbaycana cəmləməlidir”, deyə Jurnalistləri Müdafiə Komitəsinin nüamyəndəsi Nina Oqnyanova qeyd edir.
Azərbaycanı çoxdan tərk etmiş siyasi mühaciorlər Qənimət Zahid və Emin Millinin qohumlarının həbsləri isə vətəndaş cəmiyyətinə qarşı repressiyaların son nümunələridir.
“Onlar Azərbaycandakı hadislələr barədə həqiqətləri dedikdə hakimiyyət onların qohumlarını həbs etməkdən “yaxşı” bir şey düşünə bilmədi”, deyə Article19-un rəhbəri Tomas Xıyuz bildirib.
Biz beynəlxalq ictimaiyyəti Azərbaycandakı vəziyyəti daim diqqət mərkəzində saxlmağa çağırırıq, çünki, sonuncu tənqidi səslərlə haqq-hesab çəkmək təhlükəsi olduqca realdır.
Bütün bunlar ədalətsiz, siyasi motivli və qapalı məhkəmələr fonunda baş verir ki, burada hakimlərin ədalətliliyinə və vicdanlılığına ümid yoxdur.
L.Yunus və həyat yoldaşı, eləcə də Xədicə İsmayıl üzərində başlanan məhkəmələr bunun əyani nümunəsidir.
“İdman-hüquq uğrunda” koalisiyası Azərbaycan hakimiyyətini repressiyaları qurtarmağa, ölkədə insan haqları ilə bağlı situsiyanın yaxşılaşdırılması üçün konkret addımlar atmağa çağırır.
Biz Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, İntiqam Əliyevin, Xədicə İsmayılın və digər hüquq müdafiəçisi və jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmaları ilə bağlı şağrışlarımızı təkrarlayırıq.
Leyla və Arif Yunusa təcili tibbi yardım göstərilməsini və humanitar səbəblərlə bağlı azad olunmalarını tələb edirik.
Biz beynəlxalq ictimaiyyəti Azərbaycandakı vəziyyəti daim diqqət mərkəzində saxlmağa çağırırıq, çünki, sonuncu tənqidi səslərlə haqq-hesab çəkmək təhlükəsi olduqca realdır. Bu insanları qorumaq və dəstəkləmək üçün təxirəsalınmaz və konkret fəaliyyətlər zəruridir”, deyə tamamlanan bəyanatı 89-up, Article-19, Jurnalistləri Müdafiə komitəsi, İndex Censorship, İnsan Haları üzrə Beyənlxalq Federasiya, Hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsi üzrə Observatoriya, İMS (Mediaya Beyənlxalq Dəstək), Amerika PEN-mərkəzi, People in need, Belorusla Həmrəylik Platforması, İşgəncələrə qarşı beynəlxalq təşkilat imzalayıb.