Accessibility links

İlham Əliyev BMT-nin baş katibi ilə görüşüb


Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 20-də BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.

Dövlət başçısının rəsmi saytının məlumatına görə, A. Quterreş Azərbaycanla BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. O deyib ki, Azərbaycan BMT layihələrində fəal iştirak edir.

Baş katib Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı narahatlığını bildirib. O, ümidvar olduğunu bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanması üçün mümkün olan hər şeyi edəcəklər.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan BMT çərçivəsində böyük iş aparır. Əsasən Azərbaycan BMT Sivilizasiyalar Alyansının forumlarını, mədəniyyətlərarası forumları, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində tədbirləri keçirib.

İ.Əliyev Azərbaycanın Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına sadiq olduğunu bildirib. O, diqqəti Azərbaycanın işğal edilmiş ərazilərində dünyanın müxtəlif ölkələrindən ermənilərin qanunsuz yerləşdirilməsinə yönəldib.

XS
SM
MD
LG