Accessibility links

Alimlər beynin ağrı xəritəsini yaradıb [Video]


Alimlər beynin ağrı xəritəsini yaradıb
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Hər bir ağrı məqsəd daşıyır. Məsələn alova əl uzatmamaq, sınıq ayaqla yeriməmək kimi. Yaraqlar sağaldıqca ağrı azalır. Lakin hər 5 insandan birində ağrılar aylar və ya illərlə davam edə bilir. Bu isə öz növbəsində işsizlik və depressiya kimi ağır nəticələr verir. Hazırda alimlər ağrıların xəritəsini yaratmaqla xroniki ağrılarla mübarizə üsullarını müəyyən etməyə çalışır.

Kolorado ştatının Boulder şəhərində illərlə ağrı çəkən insanlara dəstək qrupu yaradılıb.

“Əlinizi harasa vurmusunuzsa, və ya dişinizi novokainsiz müalicə etmisinizsə təsəvvür edin ki, bu ağrı heç vaxt size tərk etmir.”

Çarlz Horovitz qrupun məsləhətçisidir.

Həkimlər Lorenin qəbul etdiyi ağrıkəsicilərdən asılılığına dair xəbərdarlıq verib.

“Həkimlər mənə bunu daim deyirdi. Onlar dərmanlarımız kəsib, məni psixiatra göndərdilər.”

Maqqi isə daimi baş ağırısından əziyyət çəkir.

“Mən ən məşhur başağrı xəstəxanalarına müraciət etmişəm. Orada mənə çoxlu dərman verirdilər. Onların yan təsirlərindən şikayətlənirdim. Amma məni dinləyən olmadı.”

Heç bir test xroniki ağrı testlərlə müəyyən edilmir. Harvard nevroloqu Klas Linnman boyun nahiyəsindəki əsəb sistemini aktivləşdirən ağırıların xəritəsini hazırlayıb.

“Bir çox xəstə heç bir problem olmadığını, yalnız şikayət etdiklərini deyilməsi ilə üzləşir. Biz xəstələrin əziyyətinə dair obyektiv göstərici əldə etməyə çalışırıq.”

Kolorado universitetinin alimi Tor Ueger beynin görüntülərinin uzunmüddətli və qəflət ağrılar arasındakı fərqi nümayiş etdirdiyini deyir. Qəfil ağrılar beynin mərkəzində qeydə alınır.

“İsti qəhvə fincanına əl dəydikdə beynə siqnallar bir dəfə ötürülür.”

Xronikia ağrılar isə emosiya və yaddaş mərkəzlərinə təsir göstərir.

“İnsanların istilikdən aldığı ağrılar və daha ağırı isə suluqların səbəb olduğu ağrılar barədə məlumat əldə edirik."

Sakit görüntülər ağrıların azaldığına işarədir.

"Soyuq havada isti ədyal düşünən insanların beyninin aktivləşməsi ilə ağrılar azalır. İnsan beynində ağrı ilə mübarizə edə bilir.”

Meditasiya və ağrıların formasının dəyişdirilməsi ilə məşğul olan Horovitz bunun məna kəsb etdiyini düşünür.

“90-cı illərdə tam hərəkətsiz idim. Gecələr vanna otağına sürünərək gedirdim. Xroniki ağrılarımən 40 faizi hələ də qalır. Amma 60 faiz ağrını məğlub edə bilmişəm. Daha bir irəliləyiş insanlar arasında olmaqdır.”

Horovitz qarşıdan gələn illərin, elmi tapıntıların, beynin xərətəsini yaradan alimlərin insanlara yardım edəcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG